Ey gözəl, qəlbimi gör bir necə qan eyləmisən,
Bu könül mülkünü nazınla viran eyləmisən.
***
Sənə ki hər dəfə bir yar deməyə cəhd eləsəm,
Axıdıb göz yaşını, ahü-fəğan eyləmisən.
***
Nə qədər səri-kuyində dolanım ki, sevilim?!,
Nədi fikrin mələyim, sən nə güman eyləmisən?!
***
Necə xoşbəxt dolanırdım səni sevməzdən əzəl,
O bahar ömrümə gəl bax ki, xəzan eyləmisən.
***
Aşiqin diz də çöküb min kərə yalvardı sənə,
Bu qərib bəndəni neyçün pərişan eyləmisən?!
***
Sinəndə mərhəmətin yoxdusa, hardan biləcən,
Sən mənim səltənətimdə nə tufan eyləmisən?!
***
Turqay əhli-şərab idi, bunu dostlar da bilir,
Sənsə eşqinlə onu əhli-iman eyləmisən!