Eyni dünyadan
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:34 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Məsələn, biz eyni dünyada olmamalıydıq
Mən səhərlər isti yatağımdan dururam,
Amma sənin yatağıvı, yeddi yaşın tamam olmamış yandırıblar.
Yox, bu belə olmamalıdır
Zirvəyə çatmaq üçün pillələri qalxanlar, uşaqları əzməməlidir.
Niyə eyni dünyadan olduq?!
Mənim oyuncaqlarım oldu
Amma sən oyuncaqcız, ölümə söykənən uşaq oldun.
Sən necə mənimlə birgə eyni dünyanın sahəsinə düşdün?!
Mənim saatlarım biraz sakit,
Ancaq sənin əqrəblərivin səsi, güllə səsinə qarışıb.
Sənin göz yaşın palçıqlı
O, qıvrım saçlarıvın isə tozdan rəngi dəyişib.
Yox bu belə olmamalı idi
Sən mənimlə eyni dünyadan olmamalı idin...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0252 saniye