ƏZİZ BACIM,GÖRÜM XOŞBƏXT OLASAN*
Həyatınız sevgi dolu,xoş keçsin,
Əziz bacım,görüm xoşbəxt olasan.
Sevginizi axıradək qoruyun,
Əziz bacım,görüm xoşbəxt olasan.
***
Sabahınız şən gülüşlə açılsın,
Ömrünüzə daim şəfəq saçılsın.
Bu gününüz xeyirliyə yazılsın,
Əziz bacım,görüm xoşbəxt olasan.
***
Hamımızın arzusu bu toy-büsat,
Ürəyindən qəm-qüssəni,dərdi at.
Daim gülsün üzünüzə bu həyat,
Əziz bacım,görüm xoşbəxt olasan.
***
Dörd il yoldaş olduz,siz kii bu yolda,
Daim qoşa gəzin ömür yolunda.
Təbrik edir səni şair Mövlud da,
Əziz bacım,görüm xoşbəxt olasan.
16.04.2014.Zərdabi.Mövlud Ağamməd.