Əzmli ol, qadın!
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 21:51 03 mart 2015 tarixində əlavə olunmuşdur

Klara Zetkin Kopenhagendə hüquqlarını aləmə car çəkməklə dəmir barmaqlıqlı qəfəsin qapısını açdı. Sən gəlinmiş uzun yolda son addımı atmağa, qəfəsdən çıxmağa cürət edə bilmədin. Nədir səni dayandıran? Axı fiziki cəhətdən sərbəstsən. Qolların ki qandallı deyil ?! Yox, maneələr sənin beynindədir ya da.... Aldanma, qadın!!! Boğazdan yuxarı deyilmiş "Səni sevirəm "ə aldanma! Sevən sənə, arzularına, istedadına hörmətlə yanaşardı. Sənə inanardı.
Nəyə görə sənin " Möhtəşəm cehizimi-diplomumu naftalinli şkafda çürütmək niyyətində deyiləm" deməyə cəsarətin çatmır? Nəyə görə özünü fərd kimi yox, şəxsiyyət kimi inkişaf etdirmək istəmirsən? Axı qadın hər şeydən əvvəl anadır. Ağıllı qadın zəkalı övlad deməkdir. 
Çünki sən doğulandan zahiri əxlaq çərçivəsilə çərçivələndin: Əgər sən " Azca qısa geyinsən, deyilən söz qarşılığında özünü müdafiə etsən ya da sevsən - Sən əxlaqsızsan"(c). Sən həmişə bu damğadan qorxdun. Heç kəsi sənin düşüncən, qəlbin maraqlandırmadı. 
Boyun əymə , qadin! Əzmli ol, ağıllı ol. Kişinin qol gücünə həll edə biləcəklərin,sən,ağlınla yoluna qoy. Sara xatun kimi . Ki, bir imzan müharibəyə xitam üçün kifayət etsin.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0303 saniye