Bezdirib dünyanın söhbəti-sözü,
Əzrayıl,al məni dərdin əlindən!
Elə bir dərd-sərə salıblar məni,
Əzrayıl,al məni dərdin əlindən.
Kimə ˝yaxşı˝ dedim,peşman eylədi,
Birini sevdim,naməhrəm eylədi,
Yaşamağı belə haram eylədi,
Əzrayıl,al məni dərdin əlindən!
Ürəyim sıxılır,dözməyir sinəm,
Həyat da bir yandan eyləyir sitəm,
Deyirəm həyata qoyandan qədəm:
Əzrayıl,al məni dərdin əlindən!