FACEBOOK-DAN SEÇMƏLƏR – 10
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 13:29 03 avqust 2016 tarixində əlavə olunmuşdur

Bəşər yaranandan Xeyir uduzur, bir nağıllarda
işıqlı qüvvələr sonda qalib gəlir, bir də nağıl olan
dinlərdə.

—–  Tam olaraq razı deyiləm bu statusla. Düzdü ki, zaman-zaman şər qüvvələrin hökmdarlıq etdikləri ərazilər, zülmləri çox zaman xeyir qüvvələri üstələyib. Amma bunu da xüsusi ilə qeyd etmək istərəm ki, bəzən məğlubiyyət kimi görünən qələbələrdə var. Kənardan baxanda zənn edirsən ki, filankəs məğlub oldu, tarixin səhifələrində itib-batacaq deməli. Amma görürsən ki, yox! Sanki tarixi bu özü yaradıb, tarix onun ideologiyası ilə al-əlvan çiçəklər açdı. Bir şəxsin, şəxsiyyətin və ya xeyirində istədiyi bu deyilmi? Və ya çoxda xırdalağına gedmədən bu məsələnin başqa tərəfinə diqqət edək. Şər qüvvələr onun üçün tez yayılır və bir sıra hallarda şərniyyətli insanlar, xeyirsevər insanlardan onun üçün çox olur ki, şər üçün müəyyən düzgünlük, ədalət, qürur, şərəf və s. kimi yüksək insani dəyərlər yoxdur və o öz ideologiyasını yaymaq üçün bütün vasitələrdən istifadə edir. Hətta bu vasitələr şərəf, ləyaqət, düzgünlük və s. kimi yüksək insani dəyərlərə zidd olsa belə. Amma xeyir müqəddəs hədəflər qeyri-müqəddəs yollarla çatmağın əleyhinədir. O, kiminsə haqqına girməkdən, oğurluqdan, insanları yalan məlumatlarla aldatmaqdan qaçır….  Sonda isə deyim ki, xeyir mütləq qələbə qazanacaq… Sənin və ya mənim hansı tərəfdə olmağımız, qalibi dəyişməz… Bizim məğlub və ya qalibin yanında olmağımızı müəyyənləşdirər..

 

Kitabdan nifrət edən uşaq yoxdur. Doğru kitabı
tapa bilməyən uşaqlar vardır
kitablar kötü diyilki

—–   Hər zaman dediyimiz kimi, hər kitab öz müəllifinin beyninin məhsuludur. Yanlış insanlar, yanlış ideologiyalar olduğu kimi yanlış kitablar vardır. İnsan düzgün şəkildə zehni inkişafa nail ola bilər ki, bununda nəticəsində o,doğru və yanlış ideologiyaları, kitabları seçə bilər. uşaqların kitab seçiminə hörmətlə yanaşın, eyni zamanda suallarını onların yaşına uyğun cavablandırmağada çalışın..  Uşaqlara birbaşa yox deməkdən çəkinin, xüsusən 7-8 yaşına kimi. Bir fikri ya istədiyi yanlışdırsa, daha yaxşısını təqdim etməyə çalışın…

 

Cahillik deyəndə ağlıma gələn ilk şey təhsilsiz olmaq idi.Bu ölkə mənim bu fikrimi də dəyişdirdi.Məsələn bir təhsil müəssisəsinin bağlanmasına dostluğumda sevinən o qədər təhsil almış adam gördüm ki.Baxın təhsil almaq,lap belə ən yaxşı uni bitirmək insanı Cahil olmaqdan sığortalamır.

—-  Məndən əgər soruşsalar ən böyük cahil kimdir deyə, zənnimcə ən böyük cahil çox oxuduğu halda, oxuduqlarından nəticə çıxara bilməyən, oxuduqlarını həyatına, cəmiyyətinə tətbiq edə bilməyəndir deyərdim. Təhsil önəmlidir, savad önəmlidir, oxumaq əsasdır. Amma hər oxuduğunuz doğrudur deyilən bir anlam yoxdur, oxuduqlarınız arasında doğruları tapmaq, təhliletmə qabiliyyətini yüksəltmək çox önəmlidir. Çalışın sözün həqiqi mənasında ziyalı olun…

 

Deyir Harami Mədə həzm etsədə Vicdan həzm
etməz…

—–  Haram, yanlış, düz olmayan iş, şəxsiyyətimizə yaraşmayan iş və s. Hər nə ad versəkdə işin mahiyyəti dəyişməz.  Məsələn, bir yetimin haqqına girərək əldə etdiyin qidanı necə öz övladına yedirə bilərsən? Necə övladınında sabahısı gün yetim olmaqdan siğortalanmadığını bildiyin halda yeyə bilərsən? Mədə öz funksiyasını icra elədi, qidanı həzm elədi. Bəs vicdanın? Vicdansızların vicdanı sızlamaz deyirlər, axı onların vicdanı öz səssiz, qaranlıq məzarında uzanıb deyirlər.. Bəs sənin vicdanın?

Əşşi əsas odur ki ürəyin təmiz olsun

—-  Ömrümüzdə ən çox eşitdiyimiz 3-5 cümlədən biri. Ürəyimiz təmiz olsun və ya ürəyi təmiz uşaqdı.. Nədir bu ürəyi təmizliyin xüsusi formulası, düsturu… Bir rentgendən çıxardaq bəlkə həmin insanların ürəyin, yaxşıca analiz etməz üçün… Ürəyi təmiz, nöqsansız olan birinin mütləq əməllərində, etdiklərində də bu özünü büruzə verər…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye