FACEBOOK-DAN SEÇMƏLƏR – 11
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:35 08 avqust 2016 tarixində əlavə olunmuşdur

Yer üzündə nə qədər su varsa hamısı da birləşsə gəminin içinə su girməsə bata bilməz. Dünyada bütün neqativ enerjilər birləşsə də batmamaq öz əlimizdədir.—-   İnsanın həqiqi yaşam prinsipləri… Mən belə adlandırıram bunu:) İnsanın bu həyatda düz qəbuletdiyi dəyərlərə sahib çıxmağı, hər zaman bol enerjili olmağı və bu bol enerjini müsbət işlərə xərcləməyi…  Doğru bildiyiniz yol, bu yolu uğurlara gedəcəyiniz prinsipləriniz, planlarınız varsa, insanların sizə verəcəyi mənfi halları nəzərə almayın… Hələ, hələ siz yolun sonunu görürsüzsə… Hərkəsi dinləyin, amma doğru olanlara əməl edin!…:) Cəhənnəm ayələrinin mənası budur ki “Ehtiyyatlıol yanarsan” deməkdir. Day mənası bu deyil
“Günah eləsən yandıraram səni!” Elə bil ki düz
yol gedirsən cəhənnəm ayələri budur ki “asta ol
yıxılarsan”.
Ay Allahın Rəhmətinə bax bir…axı niyə günah
edirsən ay Fərid!?

—- Qardaş, Quranın bir sıra ayələrinin baxış xəttinə gözəl izah yazıb. Bəzən həyatımızda da belədir. Öyüdlər, nəsihətlər olur, bəlkə də yüzlərlə, minlərlə amma hamısını atırıq bir kənara. Bir atanın oğluna bax oda əlini vursan yanassan deməyi, atanın odu əlinə alıb uşağı yandıracağını ifadə etməyi deyil. Uşağa odun yandırıcılıq xüsusiyyəti haqqında bir işarə verməkdir.

– Cərrahiyyə əməliiyatı necə keçdi?
– 1000 manat istədilər.
– Yox e… sənin nəyin var idi ki?
– 500 manatım var idi.
– Sən yenə məni düz başa düşmədin. Şikayətin
nədəndir ?
– Bahalıqdan.

 

——  Sanki dünya pulun gücünə ayaqdadır. Hər hara baxırsan, pul. Artıq insanlar üçün maddiyat ən əsas amilə çevrilib. Planlı şəkildə. Baxın görün əvvəllər mövcud olub, indi mövcud olmayan, nə qədər məsələdən şikayətçiyik? Əvvəllər insanlar belə idi, bayramlar elə idi, qonşuluq belə, o elə və s. Noldu? Niyə bizi bu hala saldılar? Bəlkə əvvəllər mənəvi bağlara daha çox bağlı idik, indi isə mənəvi bağlarımız, bu bağlara olan güvənimiz, inamımız da zəifləyib?  Səbəb bu ola bilərmi?  Bəlkə bizi pul, maddiyat arxasınca, dostlardan, dəyərlərdən uzaq düşəcək qədər məşğul hala gətirdilər? İdarəolunmaq necə hissdir görəsən? Düşündürür bu aralar  məni, bu sual, özüdə yaman çox…

 Dünyanın şahidi olduğu müharibə və münaqişələrin kökündə insanların ağıldan
uzaqlaşması faktoru dayanır.
-Misirli filosof Eymən əl-Misri

 

—  Ağıllı görünən ağılsızlardan xilas olmaq, amanda qalmaq çox çətindir. Xurafatlar isə, yalnız inanclarda olmur, düşünürəm ki, elmi xurafatlarda var. Ən böyük cahil isə, kitab oxuyan amma oxuduğundan nəticə çıxara bilməyən, oxuduqlarını tətbiq edə bilməyən şəxsdir. Ağılı insanlığın, bəşəriyyətin xilası üçün istifadə edənlərdə var,  ondan insanları idarəetmək,  yönəltmək,  özlərinə qul etmək üçün istifadə edənlərdə. Çalışaq oxuyan cahillərdən olmayaq….

Çox sevdiyim bir deyim var deyir,  niyyetin hara menzilin ora.

—- Yenə də gəldik niyyət məsələsinə. Əslində hara gedib, gəlsəkdə niyyətimiz önəmlidir. Elə düz və ya yanlış kimlərisə bəzən niyyətlərinə görə ittiham etmirikmi? Hətta verdiyin salam kəlməsinin belə niyyəti önəmlidir. Sən bu salamı, qarşındakı şəxsə görəmi verdin, yoxsa nüfuzlu bir şəxsə yaltaqlanmaq niyyəti iləmi verdin.  Sən ki, bu yazını tək oxuyursan? Bax özünə, ver sual. Nə məsələdir? Niyyətim necədir? İnsanlara qarşı yanaşma tərzim necədir? Məslələrə bəs?  Bu iş ki, insanlara, cəmiyyətə, elmə faydalı olsun adı ilə görürəm, həqiqətənmi bu belədir? Yoxsa insanlar mənə yaxşı nəzərlə baxsınlar deyə edirəm? Deyə bilərsiz ki, ay Ağa nə fərqie? Təki eləsin. Eləsin, qardaşım. Bəs Sabahısı gün heçkəs olmayıb, özü tək olanda yenə də bu yaxşı işi, kiməsə yardımı edəcəkmi? Və ya iki hal qarşısında qalanda, məsələn, bir yanda köməyəmöhtac biri var və o buna kömək eləsə bundan kimsə xəbər tutmayacaq, digər tərəfdə isə nisbətən az ehtiyaclı, çox adamın kömək etdiyi şəxs və ya qurum var, amma buna kömək eləsə çox adamın xəbəri olacaq, media işıqlandıracaq və s. Hansını seçəcək bu şəxs? Çox maraqlıdır? Mən birinci seçərəm demə! Özünü birincini seçəcək həddə gətir…


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.036 saniye