FACEBOOK-DAN SEÇMƏLƏR – 1
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:34 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Bu silsiləvi yazılar FACEBOOK -da olan yoldaşların statuslarına ithaf olunacaq:) Baxın görün sizin statusdanda yazmışammı?:)

Fikir verərsiz yəqin.. Ucdan tutma Mentaliteti tənqid etməyi bir tərəfə, təhqir edən insanlara… Müasirlik donu geyinib heç kimin özəlinə burun soxmamağı bar-bar bağırırlar amma paylaşımlarının əksəriyyəti tənqid xarakteri daçıyır. Nəbilim filankəslər qara geyinir, filankəslər filam şeyi filancürə qavrıyır, filankəslərin elmi tərəqqisi sıfırdı və.s… Mən sadəcə başa düşə bilmirəm başqalarının həyatlarına butun soxmamağı bar-bar bağıran biri, niyə başqalarının həyatını, baxışını, geyiminu, düşüncəsini tənqid və təhqir edir. Özüdə əksəriyyə eqolarının qulu olublar. Fikirlərini tənqid edən kimi başlayırlar aşşağılamağa. J

—  Status yerində işlənmiş statusdur. Mahiyyət etibarı ilə bir şəxsiyyətin dedikləri ilə əməli üst-üstə düşdüyü zaman, o əsl şəxsiyyət olmanın sevincini yaşayır. Adama deyərlər, a bala, əgər ki etdiyin düzdür və yaxşıdır, özün nə üçün əməl etmirsən?  Başqalarının həyatına qarışmaq qəbul edilməzdir. Amma bəzi hallar vardır ki, -ictimai qınaq kimi – çox şeyin müsbət məna da həlledisi kimi də ola bilər. Nə qədər insanların fikirlərinə önəm verməyin, bildiyiniz kimi yaşayın deyənlər varsa, o qədər də düşünən beyinlərin sənin addığın addıma baxışı da önəmlidir. Hərkəs elə öz düz bildiyin eləsə, elə bilirsiz yaxşı olacaq?  Və ya kimlərsə yanlış yolun yolcusudur deyə və sən kiməsə nəyisə öyrədə, nəsə kömək ola bilərsənsə, çəkil otur qıraqdakı, camaatın işinə qarışmıram? Sağlam təfəkkür məhsulu olan tənqid, kiminsə səhv işinin düzəldilməsi istiqamətində atılmış müsbət addımdır. Məlum məsələ, bir mütəfəkkirin dediyi kimi gözəl bir bağı şumlasaq belə ordan bir qurd taparıq. Kiminsə keçmişinin sorğu-sual olunması ola bilməz, məsələ onun mövcud düşüncəsi, hərəkətləri, bu hərəkətlərdən kimlər təsirə düşür və s.-dır. Ən əsası isə tənqid, təhqirə çevrilməlidir və maksimum dərəcə şəxsi yox ümumi şəkildə olmalıdır. Yəni ki, konkret şəxs ünvanı verilməsi məqsədəuyğun olmur çox vaxt.

İnam yanlız şübhe ile genişlener

“Only humane”

—-  İncə məqam.  Şübhə. İlkin baxışdan adama aldadıcı təsir bağışlayır. Sevən sevdiyinə şübhə edərmi və ya bəziləri nəyəsə şübhə edəndə özünü günahlandırır. Ən çox rast gəldiyimiz məslələrdən biri də elə cütlüklər arasında olur. Yəqin olduğumuz məslələrdə şübhə yersiz olur. 2+2-nin 4 olduğunu bildiyin halda bu haqda ilkin şübhən başa düşülən olsa da, başa düşüb, yəqin bildikdən sonrakı şübhən başa düşülməzdir. Çünki artıq 2+2-nin 4 olması inancını qəbul etmisən.  Bir sıra məsələlərə şübhə ilə yanaşmaq onu araşdırıb öyrənməkdə çox gözəl xüsusiyyətdir. Amma bəzi şəxslərdə var ki, hər şeyə şübhə ilə yanaşdıqları desələrdə yalan danışırlar( belə insanların bəziləri özlərinə aqnostik deyir). Məsələn, Sərf eləməyən məsələlərdə şübhəli suallar yaradırlar, sonra da ki, bu səbəblərə görə qəbul etmirəm, hətta sizdə qəbul etməyin deyirlər. Bəs belələri öz düşüncələrini hər axşam sorğu sual edirlərmi?

İnboxda baş bişirən qızlara görə, kuxnada xaş bişirən qızları üzməyin, bəylər.

— Həqiqətlər bəzən bir cümləyə sıxışır. Günümüzün çatışmayan cəhətlərindən. Aktual mövzu. Sanki bu diyarda ailə quranların çoxusu evləndikləri xanımı, sadəcə “ailə qurum” sonra başqası ilə kefimi sürərəm düşüncəsi ilə seçir. İnsan ona, ailəsinə əlindən gələni əsirgəməyən xanımını, başqa bir xanımla keçirəcəyi ani həzzlərə görə üzməməlidir. Biz nədənsə namus deyirik, qadınla əlaqələndiririk, qeyrət deyirik onuda qadınla əlaqələndiririk, ar-abır, həya deyirik, əxlaq deyirik, sanki bunları da qadınla əlaqələndiririk. Bəs kişinin namusu, qeyrəti, əxlaqı, həyası və arı-abırı olmur? Bəlkə bunlar haqqında fikirləşməyə dəyər? Evli qadının yatağına girən biri, öz yoldaşını başqası ilə tutsa baltalayar. Sənin başqasının arvadının yatağında nə işin var ki, bunu hünər bilib hamının yanında danışırsan? Bəlkə belə halların kütləviləşməsində bizlərdə rol oynamışıq? Bu işi hünər, o işi görənləri isə sanki qəhrəman kimi qarşılamış, öz bu məsləyə qarşı əks və düzgün düşüncəmizi ortaya qoymamışıq? İctimai qınağı mənfi hallar üçün yox, müsbət hallar üçün işlətmək lazımdır…

Efirde tesaduf vaxtlarda yazarlara, fikir adamlarina imkan yaradilir, onda da hemin mohterem insanlarimiz muhum metlebleri qaca-qaca, anlashilmaz terzde deyib sanki canlarini qurtarirlar. Ezizi men (İlqar beye salamlar) hara qacirsan? BIR DAYAN, TEMKINLI OL, IZAH ET MILLETE FIKRINI, AC BU DUYUNLERI!!!!

—- Necə də düzgün izah olunmuş məsələ, toxunulması həssas və bir o qədər də mühüm məsələ. Əlavə şərhə ethiyac yoxdur.  Fikir sahibləri bir sıra hallarda düzgün fikirlərini tam izah etmədikləri üçün bu qədər yanlış anlaşılmalar çoxalır bəlkə də. Mühit də bu fikir adamlarının fikirlərinin daha da rahat çatdırılmasına xidmət etməlidir.

Yazıçıya “niyə yazırsan” sualını vermək bir balaca ədəbsizlikdi və mənasız sualdı. Bu bir cərraha “xəstəni niyə əməliyyat edirsən” sualını verməyə bənzəyir, ya da bir uşağa “niyə ağlayırsan” sualını verməyə. Sadəcə cəmiyyət olaraq yazıçılığa və yazıçılara ciddi yanaşmırıq. Bəlkə də, yazıçılar özlərinə ciddi yanaşmırlar deyədir bu. Toz qədər xırda məqsədlər, ideallarla yaşamamalısan, bir az uca, əzəmətli olmalısan, bir az başqa olmalısan, daha ülvi məqsədlər üçün yazmalısan, ən əsası, gələndə evə çörək almalısan, bir ağ bir qara, üç litr də qatıq. Çay da qurtarıb.

—- Yazıçının özünə və cəmiyyətə hörməti, mütəfəkkirə dəyər, oxuma mədəniyyətə və yazıçının keşməkeşli yoxsul həyatı… Məndən soruşsalar ki, cəmiyyətin xilasında rol oynacaq iki-üç tip insan de, onlardan biri yazıçılardı deyərdim. Amma baxır hansı yazıçılar. Ancaq özmənafeyini güdüb, öz ehtiyaclarının təmini üçün və ya bir qrup insanları ətrafında toplamaq üçün yazılar yazan yazarlar yox. Hər zaman tarix boyu fəxrlə danışdığımız, müsbət keyfiyyətləri özündə cəmləşdirən və nə olur, olsun insanların ağ günə çıxması üçün özünü şam kimi əritməyə razı olan yazarlar…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0322 saniye