Birde, teriqet ayirib behanesi ile Şah Ismayili beyenmeyenlerin, umumiyyetle dini qadagan edib ateizmi yayan staline, lenine yaltaqlananlari var. Bu qeder beyinsiz cemiyyet formalawib.
— Bəlkə də status kəskin şəkildə yazılıb deyə, ilkin baxışdan bizə xoş təsir bağışlamır. Amma bir növ statusda iki məqam xüsusi diqqətimi çəkdi. Birinci, gənclərin dindən uzaqlaşması, ikinci adətən, müsəlmanlara qarşı ünvanlanan cümlənin və ya demək olarsa müraciət formasının, onlara ünvanlayan şəxslərə qarşı ünvanlanmağı. Sanki deyilir ki, necədir, sənə beyinsiz gəncə və beyinsiz cəmiyyətin nümayəndəsi deyəndə xoşuna gəlirmi? Bu hissəni rəhbər tutarıq, demək istərdim ki gərək bizim gənclər bir-birini təhqir edib alçaltmaq əvəzinə, əl-ələ verib sağlam cəmiyyətin formalaşması üçün əlindən gələni əsirgəməsinlər. Dindən uzaqlaşmaq məsələsinə gəldik də isə, şəxsən mən çox rastlaşmışam ki, ateist dostla söhbət etmişik, nəyisə soruşub, izah etməyə çalışmışıq və 100-də 80, bəlkə də çox, çən belə bilmirdimee sözünü eşitmişik. Onsuzda belə bilsəydin heç dindən uzaqlaşmazdın ki, demək istəmişəm, amma nəsə deyəmməmişəm JDüşünmüşəm ki, din haqqında məlumatlarının yüzdən doxsanından çoxunu romanlardan alan gənclikliyin, elə düşüncə tərzidə belə olmalıdır J
Azərbaycan yeganə ölkədir ki, insanların çoxunun əlinə kitab, ancaq yayda dəyir. O da hava vermək üçün.
(All rights reserved by Rashad)
)))
—- Gülək ya ağlayaq? Bəlkə gülərək ağlayaq halımıza? Xüsusi nələrsə yazmağa ehtiyac görmürəm. Kitab oxumaqla, faydaları nəbilim nə haqqında çox yazılar gedib. Sadəcə məsələlər zehinlərdə olan və ziyalıların toxunduğu məsələləri praktikaya çevirmək qalıb. Uşaqlarımıza ta uşaqlıqdan oxumağa maraq yaratmalıyıq. Bunun da ən effektiv yolu onlarla birgə bizimdə oxumağımızdır. Əziz valideynlər, uşaqlarınızla birgə kitab oxuyun, onlar sizinlə zaman keçirtdikləri üçün, indi və gələcəkdə isə kitab oxuduqları üçün dünyalar qədər sizə minnətdar olacaqlar…
Kas men de onun kimi ozume deyer vere bilseydim.
— Kaş, kaş və yenə kaş. Niyə alınmır özümüzə dəyər vermək? Bu sualın cavabını mən belə verərdim, Çünki hələ də özümüzü tapmamışıq, dərk eləməmişik. Kimik, nəçiyik, niyə yaşayırıq, niyə yaşamalıyıq və ya nə üçün mən bu vəziyyətdə olmalıyam və hansı məqamlarda ola bilərəm. Özünə dəyər vermək özündənrazılıq halını artırmaq deyil. Özünə dəyər vermək gücünü, qüdrətini dərk etməkdir. Unutmayın, ən güclü qüdrəti hər nəyə çatdığını edən deyil, Ən güclü qüdrəti çatdığı halda, bunu edə biləcəyi halda, ağıl və rəhmlə addım atandır, başqasına zərərverməkdən qaçandır.
Bir dene orqaninizin ehtiyaclarini odemek ucun ozunuzu niye bu qeder alcaldirsiz ki ?! Ne qeder kitab oxuyan insanlari dostluguma alsam da , hemise bezi parazitler biz istemeden de iceriye daxil olmagi bacarir. Yeni , basqa vaxtda basqa yerde kisilikden danisib , burda ozunuzu alcaltmagi nece bacarirsiz ? Ele bilirsiz ki , etdikleriniz gizli qalacaq ona gore ?! Yox , her birinizi el icinde rusvay ede bilerem. Ancaq bir orqaninin ehtiyaclarini qarsilamagi dusunen ”kisi”ler Qarabagi azad etmeyecek.
—- Səhv etmirəmsə, bir xanımın statusu idi. Hərdən bir dostumun, “ a kişi, oxuyub neyləməliyəmee, hamsı yalandan kitab oxuyur, cool görünməyə çalışır, mentaliteti danlayır, camaatı tükəzbanlıqda, savadsızlıqda günahlandırır, nə var nə var ki, qızların xoşuna gələcək, bir-ikisini yoldan çıxaracaq… “ burda saxlayaq fikirləri. Axına düşüb gedmək, heç də yaxşı deyil, dostlar. Ani həzzlər üçün bir sıra yüksək əxlaqi keyfiyyətlərdən, şəxsiyyəti alçaldan, ayaqlar altına atan işlərdən maksimum dərəcə də uzaq durmağa çalışın. Xanımın, dediyi kimi ani həzzlərə , bir orqanınıza görə sizə yaraşmayacaq işlərə əl atmayın…
Unutmayın, cətinliklərin daxilində fürsətlər yatır.
– A.Eynşteyn –
—- Çətinlik görən kimi qorxuruq. Bizə deyəndə yoxdur ki, a bala, nədən qorxursan? Çətinliklər sənin inkişafına kömək edən vasitələrdir, desək yanılmarıq məncə. İnkişafdan ağız dolusu danışırıq, uğur aparan xəritə cızırıq, amma ki biraz çətinliyə düşən ki, bu nədireee, mənim bəxtimə nəbilim nə. Noluf? Çox dayanmıram bunun üstündə, amma mütləq bu mövzuları araşdırın. Çətinlik, şəxsi inkişafın ən güclü köməkçilərindəndir desəm yanılmaram.