FACEBOOK-DAN SEÇMƏLƏR – 3
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:37 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Bir gün bir nəfər Buddanın yanına gəlir. Deyir ki,
mən xoşbəxt olmaq istəyirəm. Budda cavab
verir:
-“Mən” i at, mən egodur, “istəyirəmi” at, bu,
sadəcə istəkdir. Və sən xoşbəxtsən.

—- Mən sözünün işləndiyi hər cümlə eqo olmaya bilər və onu deyən şəxslər eqolu insanlar olmaya bilər. Amma həqiqət bundan ibarətdir ki, son zamanlar eqolu insanların, təkəbbürlü insanların sayı günü-gündən artır. Bunun əsas səbəbi isə insanlara eqonun yaxşı olmasının təbliğidir. Guya eqo özgüvənmiş, özünə dəyər verməkmiş. Biraz araşdırırsan, məlum olur ki, eqo – mən deməkdir, məni sevməkdir, özünə vurğun olmaqdır. Eqo, özündənrazılığın çox cuzi fərqlənən versiyasıdır. Çox vaxt isə özgüvəni zəif olan insanlarda olur. Necə? Özgüvəni güclü olan insanlar nələrinsə haqqında çox danışmaz, o iş mənlikdir deyər, o işi görər və ya gördüyü müsbət nəticəli bir iki iş misal çəkər. Eqolu insanlar isə elə hər sözünün əvvəli, axırı mən beləyəm, mən eləyəm olur. Bəzən eqonu özünü göstərmək şəklində də büruzə verirlər. Deyirlər ki, a kişi sənin nə işinəee, filankəs kimsəsizə ya özünü göstərmək üçün kömək elədi ya həqiqətən insanlıq naminə? Yaxşı onda sual verim, heçbir KİV-in olmadığı, özünü heçkəsə göstərmək üçün vasitə və şəxs olmayan yerdə yenə köməksizlə qarşılaşsa hansı addıma atacaq? Axı özünü göstərməyə kimsə yoxdur? Və s. Və i.  O ki, qaldı istəməyə. İstəyin. Yaxşıları istəyin ki, istəmək, ona gedən yolda təkanverici qüvvədir. Amma istəmək kifayət deyil, bunun üçün çalışın, zəhmət çəkin…

Hecne evvelki kimi deyil.dostlar sagdi ama
dostluq can verib

— Heçnə əvvəlki kimi deyil, deyəsən əvvəlki kimidə olmayacaq… Çox şey dəyişib, dəyişdirilib. Bir oyun halına gətiriblər, sanki bizi. Robotlaşdırıblar. Hələ, hələ bu azmış kimi birdə ağıllı, şüurlu robotlar yaratmaq istrəyir, ağıllarından istifadə edib, işlərimizi daha da çətinləşdirsinlər. Çox mənəvi dəyərlərimiz ölüb, çox şeyimiz maddiyyatdan aslı hala gətirilib. Axı dostluqda mənəvi haldır, dəyərdir, sərvətdir.. O da ölür, oda yoxa çıxır. Can verir, sanki səni səsləyir, məni səsləyir… ətrafımızda insanlar yeriyən varlıqlardı sanki. Bu qədər. Amma tammı yoxa çxıb dostluq? Xeyr. Dostları bir ətrafda birləşdirən nələrsə olmalıdır, qoymamalıdır onları bir-birindən ayrılmağa. Maddiyyat üzərində qurulmamalıdır dostluqlar, sevgilər. Mənəvi bağlar olmalıdır şəxslər arasında…

Kiçik bir uşağın təcavüz edilməsini “sınaq”
olaraq qarşılamağınızı təmin edən şeyin adı
Din’dir.

— Bu statusu yazan qardaşı tanımasaydım, deyərdim ya kitab oxumayıb, ya da milyonlarla kitab oxusa da təfəkkür etmək qabiliyyəti, düşünməsi sıfırdır. Görəsən hansı dindir ki o, təcavüzə kiminsə namusunu qəsb eləməyə, malını qəsb eləməyə icazə verir? Ya görəsən hansı dindir ki o, bir şəxsin başqasına zülmünə, haqqına girməsinə haqq qazandırır? Əgər İslama söz atmaq qəsdinə yazılıbsa status, təbii ki İslam belə zorakılq hallarında status yazandan tutmuş bir sıra şəxslərin də  günahkar olduğunu dilə gətirir. Belə hallar olanda İslan ay qismətimmiş, ay taleyimmiş deyib sus otur, ya razılaş deyə bir qayda-qanunu yoxdur. Olduğunu iddia edən varsa müzakirə oluna bilər, biz hazır. İslam o dindir ki, hər şəxsə haqqını tapdalatmamağı bildirir. Bəs İslamı qınayanlar həm də onun üçün qınayırdılar ki, başqasından sənə nə? Cəmiyyətdə olan problemə qarışma, kiminləsə işin yoxdu, kiminlə islahedici söhbvət eləmə qoy hərə öz həyatını yaşasınzad. Bildiyini eləsinzad. Noldu?! Biri başqasını zorlamaq istəyəndə, təcavüzə məruz qalan aciz olanda kömək etməyəssiz, hərə öz işi ilə məşğul olsun deyənlər? Hərənin öz işi var və bu geniş mövzudur.  Amma sonu butip faciələrə gətirə biləcək və cəmiyyətə, ictimai məslələr təsir edə biləcək nələrdəsə qarşılıqlı diskussiya aparılmalı, islahedici söhbətlər olmalıdır.

Ata qulaq as: bir gün adamın biri qışqırırmış. Bir
gəmi yaxınlaşıb və biri belə deyib ‘Kömək
lazımdır?’, ‘Yox sağol Tanrı məni xilas edəcək’
Sonra başqa bir gəmi yaxınlaşıb və
‘Kömək lazımdır?’ deyə soruşub. Adam ‘Yox
sağol Tanrı məni xilas edəcək’ Sonra adam
boğulub və cənnətə gedib. Deyib ki, ‘Tanrım
niyə məni xilas etmədin?’ Tanrı da deyib ki:
‘Sənə iki gəmi göndərdim də axmaq.’
The Pursuit of Happyness (2006)

— Hə, çox gözəl statusdur. Çox şeyə də aydınlıq gətirir. Birincisi o məsələyə ki,  biz Tanrıdan kömək istədiyimiz bir çox məsələrdə müxtəlif vasitələrlə bizə kömək gəlsədə biz bu vasitələri Tanrı tərəfindən qəbul etmirik. Biri deyir, çətini düşdüm Tanrıdan kömək istədim, problem həll eləmədi, sağolsun filankəs gəldi iki dəqiqəyə həll elədi. Mən niyə Tanrıya inanmalıyam J_ Sonra deyirsiz, bu Ağa niyə əsəbləşir, düz deyirlər ki, insan görmək istədiyi görür. Necə bir kömək istəyirsənki sən? İkinci məslə isə bir Tanrıya inanan şəxsin Tanrının məndən kömək istə, sənə kömək edəcəm cümləsini yanlış anlaması, yanlış tətbiq etməsidir və bu səbəbdən insanların Tanrı və onun dini haqqında yanlış təsəvvürə malik olmasıdır. Deyir ki, deməli bunun Tanrısı da belədirdə, ya da belə buyurub ki, bu da belə edir J Amma başa salmaqda olmur ki, bir alimin fikirlərini biraz izah edirsən, sonar deyirsən ki, bunu hamı eyni cür başa düşmür də biraz fərqli bilənlər, əməl edənlər var. Amma əslində belə olur, elə olur alim belə deyibzad. Bəs ay başua döndüyüm, Tanrının dediyini yanlış anlayıb, anladan, yanlış yaşayanlar ola bilməz? Axı sən həqiqət axtarışındasan? Belə tez qərara gəldin ki, bu səbəblərə görə Tanrı yoxdu? Onda artıq araşdırmaçılıq qabiliyyətini J

Sanki Camaat həyatında olub bitən hər saniyəni
bura yazmağa ya təhkim edilib ya da ki özünə
vacib bilir…

— Həcmi və statusda açıq fikri nəzərə alıb az yazacam.   Bir cümlə deyim, döyməyin məni. Bu məsələdə də çoxusu özünü göstərmək üçün, kimdənsə geri qalmamaq üçün edir çox vaxt. Və ya ətrafındakı insanlarda tədric olunub və ya belə getsə olacaq. Və s. və i.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0334 saniye