FACEBOOK-DAN SEÇMƏLƏR – 4
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:38 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Yaxşıki kredit borcu olanlara bir qederde olsa güzeşte gedirler , yoxsa ölkenin serhedine setqa çekib hamını türmeye salardılar.

—- Həə, day nə deyək bu kreditlərdən. Camaatın müəyyən bir hissəsi bankla dolanır sanki, asılı halda qalıb. Amma araşdırsaq, bəlkə də çox az hissəsi həqiqətəndə ehtiyacı olması üçün girişib kreditə, borca. Böyük hissəsi ya maşınını təzələmək, ya villasının mərhətəbəsinin artırmaq və s. və i. İndi də verə bilməyəndə çətinlik yaşanır. İnsan ehtiyaclarına uyğun şəkildə və gəlirlərini nəzərə alaraq addım atmalıdır. Hətta yaşanacaq riskləri də düşünməlidir. Birdən belə olmadı, belə oldu deyə. Mövcud vəziyyət də isə elə bank siyasəti yeridilməlidir ki, burdan ancaq zərərli, zərbə almış şəkildə vətəndaş çıxmamalıdır. ..

Bu insanlar “Azadlıq” nədir, anlamadılar..

—-   Nə yazasan axı? Düz söz. Azadlığı anlamamağımız, bir yana hələ onu yanlış anlayıb, anladıb və cəmiyyətimizdə azadlıq adı altında etmədiyimiz hoqqalar qalmadıee.   Gəlin çıxaq şəhərə “azadam” düşüncəsi ilə nəqədər şeylə rastalaşacıq. Deyir azad insanam kimsə mənə nəsə deyə bilməz, başqası gəlib onun elədiyini eləyəndə, bunun hüquqlarının pozanda səsin atır ki, başına ayəəə neylədün sən? Deyən lazımdı ki, o da sənin ki, azaddırdaa.. Hərkəsin azadlığı başqasının azadlığının sərhəddində bitir, anlamaq lazımdı bunu, əzizlərim…

Azərbaycan müasir ölkədi amma hələ də
rayonda şortik geyinməyə risk edə bilmirik.
(c)

Vallah, istəyir mənə müasir olmayan gənc deyin, amma mən ha elədim, şortiki müasirlik və ya hardasa şortik geyinməməyi müasirliklə əlqaləndirə bilmədim.  Başa düşürəm, şəxslər ola bilər ki, şortik geyinmək istəyər. Bu onun sərbəst seçimidir, amma sadəcə müasirliyin sırf şortiklə bağlanmasının tərəfdarı deyiləm. Məsələn, mən özümü müasir gənc sayıram( bəzilərindən fərqli olaraq) amma gəl ki, şortik geyinməyi sevmirəm və bəzi yerlərdə geyinilməsini xoşlamıram. Çünki mən bilirəm ki, müasir gənc olmaq, dünyagörüşü daha geniş olmaq deməkdir və müasir gənc olmaq başqalarını da müəyyən qədər nəzərə almaq deməkdir… Hələ şortik geyinirsənsədə onun ölçüsü nə qədər olmalıdır, o da var . Bir dəfə biri tüklü ayaqları ilə bir şortik geyinmişdi ki, insanın şəhərdən evə qaçmağı gəlirdi. Düzdü mən hələ də ayırd edə bilmədim, o şortik idi ya qaqaşın, şalvar geyinmək yadından çıxmışdı, amma hərhalda nə isə. Keçək növbəti statusa

gozu qipiq(sakit) boyudulen usaq yetinkinlik
yasina catib azad fikir deyende olur terbiyesizlik
ve cavabqaytarma…usaqlara seberstlik verin
biraz

valideynlər uşaqlarının yetişdirilməsinə xüsusi fikir verməlidirlər ki, sonra da ay camaatın uşağı belə, ay nəbilim bu uşaq kimə oxşadı və s. kimi cümlələrlə həm uşaqlarınıza, həm də özünüzə psixoloji təsirlər etməyəsiniz…  İslam təlimlərində uşaqları bir neçə mərhələ də tərbiyə etmə metodları göstərilmişdi ki, onlarında əvvəlincisində ( yəni 0-7 yaş arası) uşaqlarla şah kimi, sərbəst bir insan kimi davranılması öyrədilir. Uşaqlara uşaqlıqlarını uşaqlıq vaxtı etməyə icazə verin ki, böyüyəndə uşaqlıqlar etməsinlər, hərtərəfli böyüməyi bacarsınlar….

Hansı dildә yazım,mәn kafir, deistәm, bayram
qeyd etmirә Mәni tәbrik etmәyin!!!!!

Bizdə demək olar, biriləri təbrik etmək bir sıra hallarda səmimiyyətdən kənara çıxa bilir.. Bəzənsə şablon mesajları kopyalayıb atanlar və bu atandaları qınayanlarda olur. Təbii ki, səmimiyyətdən kənara çıxan təbrikləri məndə sevmirəm, hələ hələ xanımlara padxod adı ilə xanımlara yazanları da. Amma size inandırım ki, o qədər şəxs tanıyıram ki, sırf dostlarını təbrik etmək üçün zamanları ayırır. Bax mənim üçün onlar öz mesajlarını kopyalayıb atsalarda əzizdirlər. Ola bilər ki, mən yəhudi deyiləm, xristian deyiləm, amma inanın onlar belə öz bayramları münasibəti ilə məni təbrik eləslər şad olaram, ən azından onun üçün ki, onlar öz dini bayramlarında təbrik edəcəkləri şəxslərin siyahısına məni də əlavə etdilər və mənə də dəyər verdilər…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye