FACEBOOK-DAN SEÇMƏLƏR – 5
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:38 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Növbəti 5 status… Sizlərdə bu silsiləvi yazılarda hansısa statusları görmək və ya şərh olunmağını istəsəz #fbsecmeler haştağından istifadə edə bilərsiz…

İnsan varlığının sirri yalnız yaşamaqda deyil,nəyin naminə yaşamaqdadır

—  Haştağa əlavə edilmiş gözəl status. Hər bir insanı bu həyata, yaşamağa nəsə bağlayır. Həyatda tutunacaq nəyisə olmayan insanlar özlərinə və cəmiyyətə haqsızlıq edərək qaçırlar bu həyatdan.  İnsan o zaman güclü olur ki, niyə yaşadığını anlasın , nəyin naminə çətinliklərə sinə gəldiyi anlasın. Bu işin sonu hara gedir axı? Nə qədərimiz anlamışıq  nəyin naminə yaşamalı olduğumuzu? Nə üçün? Pul üçünmü? Şan-şöhrət üçünmü?  Ani həzzlər üçünmü? Nə üçün? Bu status sizə gedin yalnız yaşayın deməyin, bu status sizə yalnız yaşamağın belə fəalkət olmadığını çatdırmağa çalışır. deyir yaşayın, bacarın dostlarınızla, sevdiklərinizlə yaşayın. Amma onlarla da, onlarsızda yaşamın sirrlərini tapın, nəyə görə yaşamalı olduğunuzu anlayın, onun üçün mübarizə aparın…

Burda menali bir soz yazirsan hec kim beyenmir. Oki duwuk bir sey yazirsan o an beyenirler.

—  Belə bir statusla rastlaşdım. Belə baxanda çoxumuzun şikayəti də bu üstə olur.  Sanki cəmiyyət ged-gedə  mənalı nələrdənsə uzaqlaşır. Bəlkə də mənalı nələrinsə düzgün çatdırılmaması, təqdim olunaması belə olmasına gətirib çıxarıb. Amma heç şübhəm yoxdur ki, bəzilərinin yerli-yersiz ələ salıcı, aşağılayan zarafatları da günümüzdə bir çox dəyərlərin, mənalı nələrinsə mənasız kimi təqdimatına, mənasız kimi qiymətləndirilməsinə gətirib çıxarır. Başqa sözlə desək, ictimai qınağı bəyənməyən, özləri bir sıra dəyərlər, məsələlər üzərində ictimai qınaq yaradaraq onu mənasızlaşdırırlar, insanlara elə təqdim edirlər. Mənasız olanları isə süni şəkildə mənalı, anlamlı nəsnə kimi təqdim edərək insanların arasında yayılmasına xidmət edirlər. Bir sıra yazarlar, rejisorlar, bəstəkarla və s. şəxslərdə yaradıcılıq fəaliyyətlərini bu “mənalı” mənasızlar istiqamətində inkişaf elətdirirlər. Bəlkə də onları birazda olsa başa düşməliyik, bilmirəm. Axı onlar da oxucunun çox olması, izləyicinin çox olması üçün çalışır…

Yerin qulağı yoxdu,bəzilərinin qulağı yaxşı eşidir

—-  Bir dənə böyük ƏHSƏN! Yerində qulağı var, o deməkdir ki, biri eşidəcək və aparıb çatdıracaq. Qeybətdən uzaq olduğunu iddia edən şəxslərin müzakirəsi mövzusunu təmin etmiş olarıq. Dəyərləri bir sıra qruplara bölsək, düşünürəm ki, ən başlıca dəyər insani dəyərlərdir. Görün, insani dəyərlər nə qədər tənəzzülə uğrayır, nə qədər aravuranlar, qeybətçilər, satqınlar, dələduzlar artıb ki, bizlər hətta iki nəfər olub, öz aramızda danışarkən belə pışıltıyla danışır və ya sonra danışarıq deyirik və s. Nolar ki, elə biz özümüz özümüzdə olan bir sıra insani dəyərləri artırsaq? Axı biz şəxsiyyətik! Bizə yaraşar? Və ya o qədər acizik ki, başqalarının qeybətini qırırıq, qoca qarılar kimi?

Ayatullah Ustad Fatimi Niya:
Bəzi fərdlər namaz qılırlar, oruc tuturlar, öz dediklərinə görə haram tikədəndə qorunurlar, hətta onların bəziləri gecə namazı qılandirlar, amma çox rahatlıqla başqalarının abrını tökür, qeybət edir, töhmət vurur və yalan danışırlar. Əgər bir kəs onların yanında bədbəxtliyə düçar olursa xəsis olduqlarına görə kömək etmirlər. Belə günahlar olduğu halda təbii ki, Allahın dostu olmaq mümkün deyil.

—-   Danışdırsaq həmin mömin qardaşımızı, deyəcək Allahın bizim ibadətimizə ehtiyacı yoxdur ki, hamısı özümüz üçündür. Elədir, əzizim. Bəs bax gör qıldığın namaz, tutduğun oruc sənə xeyir verdimi? Nə xeyri verdi? Eqo, özündənrazılıq? Riya? Yoxsa bəzilərinin namazı kimi nəfsə qulluq? Səni kimlərinsə dindar tanıması namaz qılmasının zərrə qədər də sənə xeyri olmaz, əgər ki sən sənə qoyduqları mömin adının haqqını verə bilmirsənsə. Sənsən İslamın təmsilçisi?! Sonra demə ki, niyə namaz qılanlar haqqında belə düşünürlər, müsəlmanlara bu nəzərlə yanaşırlar… Bax gör sən özün bu işdə nə qədər günahkar? Demirəm bir gecənin, bir ayın müddətində günahsızlaşaq, paklaşaq, amma deyirəm bəsdir daha demə Peyğəmbərimiz belə idi, İmamımız belədi.. Göstər! Allahını başqasına sevdirməyə çalışma, ta ki özün sevməmisənsə. Başqasının islahına qalxma, ta ki özün islah olmamısansa və ya islah olmaq üçün mübarizə aparmırsansa…

Seni seven qadının aynası ol.
Özü bilecek nə qədər sevir sevilir     S.HökmdaR

—- Şair yenə yaradıb… Qadınalrın sevgisi tamam başqa olur deyirlər. Onlar sevdiyi şəxs üçün hərşey edərlər. Zamanımızda çox şeyin (qadınlarla bağlı) artmasında bir çox halda biz kişilərin qadınlarımıza qardaş sərgilədiyimiz yanlış addımlar durur. Evli qadınların xəyanətlərinin, əxlaqsızlarının artmasında da , qadınlara qarşı zorakılığın artmasında da, hüquqlarının pozulmasında da və s. Qadınına düzgün şəkildə qayğını, sevgini göstərməyi bacarmalıdır kişilər. Bu halların qarşısının alınması üçün mübarizəyə səsləyir bəzi insanlar, qatılıram, hətta bunun üçün mənə müraciət edənlərdə olub. Dəstəkləmişəm, əladı başlayaq mübarizəyə. Amma ta ki, iki cümləlik fikirlərimi üeşidəndən sonra dönüb fikirləri… Gəlin mübarizə aparaq, amma qadınların hüququn qoruyacayıq deyə, kişilərin hüquqların pozmayaq. Gəlin zorakılıqlara qarşı mübarizə aparaq, amma kişilərin bəzilərini yoldan çıxardan qadınlara qarşıda, təhrikedici geyimlərə qarşıda.  Gedin zorakılıqlara arşdırın, qarşısınıza elələri çıxacaq ki, qadının təhriki və ya təhrikedici geyimləri üzündən baş verən hallarda var… Gəlin mübarizəni ağlımıza gələn kimi yox, səbəbləri araşdıraraq,  səbəblərdən yola çıxaraq aparaq… Kişi xəyanətlərindən danışassız, neçə xəyanətin ardında elə bu xəyanətdən şikayətklənən qadının özü kimi qadın durur? Başqasının kişisini yoldan çıxartmaqdan danışan qadının neçəsi başqasının kişisini yoldan çıxarır, öz geyimi ilə, zarafatları və davranışları ilə? Bunları gözardı edək?  :) .  Bəs kişinin öz qadınına qarşı sevgisinin azalmasınının kökündə heç 1%də olsa bu hallar yoxdumu? Nə isə, deyəsən yenə çox yazdım, növbəti statlarda qismət olsa toxunarıq bu mövzulara…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye