FACEBOOK-DAN SEÇMƏLƏR – 6
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:39 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Uşaq olanda böyümək, böyüyəndə uşaq
olmaq istəyirik. Yay olanda qış, qış gələndə
yayı istəyirik. İnsan ömrü boyu nə istədiyini
özüdə bilmir.

—–  Həqiqətən nə istəyirik biz?  Görəsən elə bir vəziyyət, fəsil, hava və ya hər hansı bir nəsnə varmı ki, biz daim bu haldan razı olaq, heç vaxt zamanın keçməsi ilə ondan sıxılmayaq və ya onun hər hansı bir mənfi cəhətin görüncə başqa bir vəziyyət arzulamayaq? İnsanlarda belədir bəzən. Bəzi insanlar var ki, dostlarının hamısının onunla yaxşı davranmağını istəyirlər, daim onu axtarmasını və heç səhvinin, mənfi cəhətinin olmamasını… Elə bir dost tapsaz, mənimlə də tanış edin:) sırf bu səbəbdən dostluqlara da son qoyulur,  hələ bu azmış kimi qarşı tərəfi qınayırlarda.  Sözümün canı hər məsələdə uğurun sirri, uğurlu olmağın sirri birinci olaraq sənə sərfəli olar müsbətləri anlamaq və müsbətləri öz xeyrinə istifadə etməkdir. İkinci məsələ isə, bizə mənfi kimi görünən nələrinsə   yolların tapıb öz xeyrimizə işlədə bilməkdir.   Dostlara gəldikcə isə özümüz idela olmadıqca ideal dost axtarmaq düzgün deyil, həm də ki, insanları bir-iki kiçik səhvlərə görə itirməkdə həmçinin. Dost o şəxs deyil ki, dostunu səhvlərini görən kimi onu tərk edib qaçsın, əsl dost o şəxsdir ki, bacardığı qədər dostunu səhvlərdən xilas etmək üçün çalışsın…   Dostlar, yazın da,  payızın da öz yeri var, məsələ yaz, ya da payızda deyil.  Məsələ, özümüzdə, istəklərimizdə, istəklərimizin doğru və ya yanlış olmağında, bu istəklərə çatmaq üçün nələr edib, etməməyimizdədir…

Azərbaycana milli dövlət bəxş edən milli
kimliyimiz uğrunda aparılan mübarizə SSRİ-nin
ateist ideologiyasının dini kimliyimizi məhv
etməsi nəticəsində formalaşmışdı. Cənubi
Azərbaycanda isə baş verən inqilablardan sonra
şahı devirib dini dövlət qurdular, milli kimliklər
dini kimliklərlə əvəzləndi və nə qədər belə
davam edəcəksə, cənublu qardaşlar milli dövlət
üzü görməyəcəklər. Demək istədiyim odur ki,
ateizm bizi dövlət edib, onu şəxsi rifahını güdən
hər yoldan keçənin moizəsinə dəyişmək olmaz!

—-  Vaaay, Ateist bir quruluşunun yığılmasını, ateizmlə bağlamaq. Maraqlı yanaşmadır. Heç kimə sirr deyil ki, SSRİ ateist bir quruluş idi və neçə illərlə millətimizə ateist düşüncələrin təbliği üçün işlətmədiyi, əl atmadığı metodlar qalmadı. Müəllimlərimizin danışdıqları ən əyani sübutlardı. Müəllimlərimizdən biri deyirdik ki, hətta bizi o üzrə təlimatlandırırdılar ki, girin dərslərə uşaqlara deyin ki, Allahzad yoxdu, boş şeydi. Fikir verməyin mollalara, boş-boş danışırlar… Bir-iki vicdanı yerində olan müəllim, çıxanda deyirdi ki, bala-bala siz fikir verməyin, Allah da var, elmi də var… Nə qədər ateist SSRİ quruluşunda oruc tutanlara, namaz qılanlara təzyiqlər olunurdu? Ay, bu statusun sahibi dəyərli şair, dəqiq siz araşdırıb nəyisə yazırsız? SSRİ-ni devirən insanların neçə faizinin müsəlamn olduğu haqqında araşdırılma aparılmasını, 20 yanvar günü tanklar qarşısında dayananların neçə faizinin inanclı olduğu haqqında araşdırılmaların aparılmasını xahiş və tələb edirik….  Baxın, bu tip yazılardır ki, müəllifinə olan inam səbəbindən araşdırılmadan, sorğu-sual olunmadan qəbul olunur və yanlış qərarların qəbuluna gətirib çıxarır…

Haqq dileyene verilmir. Haqqi dileyibde onun uqrunda savasan alir.

— Nəsə xüsusi yazıya ehtiyacda yoxdu əslində. Status müəllifi, açıq şəkildə ifadə edib fikirləri. Sözlər əmələ, hərəkətə keçirilmədiyi müddətcə söz olaraq qalacaqdır.  İstəmək, uğurun yarsı ola bilər, amma çalışmaq yoxdursa uğur əldə olunmaz… Haqqlı olduğunu anlamaq. dilə gətirmək, kimlərə çatdırmaq gözəl işdir, amma bir həddə kimi… Haqqını tapdalayanlar, onu səndən alanlar, onsuzda sənin haqqlı olduğunu bilir.. Haqqın uğrundan savaşmadığın müddətcə haqqını bərpa etməzlər…

Qəsdlnə dursam, dünyanın ən qəliz fəlsəfi  təlimlərini dərk edə bilirəm, amma fb-də yemək

şəkli paylamağın “fəlsəfə”sini anlaya bilmirəm.
Neçə müddətdir ki, baş sındırıb vur-tut adını
tapmışam – qarın fəlsəfəsi.

 

—- Yeni və unikal, bir o qədər də aktual bir mövzu. Müəyyən hisslərimizin təmin olunması istiqamətində atılmış addımlardan biri. Hansı hisslərdən olduğunu məndə bilmirəm. Kimdəsə özünügöstərmə hissi, kimdəsə sadəcə şəkil çəkdirmə xəstəliyi, kimdəsə özünühesab vermə kimi öyrəşdirmə və s. ola bilər. Ümumiyyətlə, insan bir işi icra edən zaman özünə sual verməzmi və ya verməməlidirmi?  Mən cavablandırıam, uğur qazanmaq istəyən dostlarım, uğur qazanmaq istəyirsizsə ( hər sahədə) bu üç sualı özünüzə həmişə verin… Bunu niyə edim? Etsəm nə qazanacam? Etsəm nə itirəcəm? Təbii ki, bu suallardan yeni suallar yarana bilər… Etməsəm nəsə itirirəmmi? və s.  İnsani cəhətdən yaxınlaşanda isə bilirsiniz ki, bəzilərinizin yediyi o qədər nazi-nemətlərin həsrətində olan var? …

Qurani Kerimde Yanlız “Huri” Ölüm” Cehennem”
sözlerini oxuya bilen insanlara salam deyirem

——  İroniya və bir qədər də güclü tənqid. Özünü dahi sayanlara qısa bir ismarıc… Nyutonun və ya başqa alimin sözünü hər adam başa düşməz deyənlər, hamının Quranı bir oxunuşuna başa düşməsini istəyirlər. Xüsusəndə o Quran, elmlərə istiqamət verdiyi, həyat və qanunları haqqında bir çox məslələrə istiqamətverici nüansları özündə topladığı halda… Heçmi olmadı biri ki, düşünə axı müsəlmanlar deyir bu Quran hər şeydən xəbər verir, axı bu hər şeyi hər adam anlaya bilərmi? Hər adam hər şeyin sirrini 1 dəfə ( Vallah oxumuşam səhvdir deyənlərin 100də 99u yalan deyir, tam oxumayıb) oxumaqla başa düşə bilər? Əsrlərdi elm çalışır, vuruşşur hələ də pik nöqtədəyəm sözün deyəmmir, bunların nəyin iddiasındadı???…

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye