FACEBOOK-DAN SEÇMƏLƏR – 7
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:40 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Növbəti 5 status…  Sizlərdə bu silsiləvi yazılarda hansısa statusları görmək və ya şərh olunmağını istəsəz #fbsecmeler haştağından istifadə edə bilərsiz… və ya “Tənqid-Ağanın yazıları” qrupuna,  “Ağaəhməd Göyüşov”  səhifəsinə göndərə bilərsiniz…

° İllər sonra belə ananızın qarşısına qürurla çıxa biləcəyiniz adamlara aşiq olun. Adı keçdiyində sizi nə qədər üzdüyü bəlli olmasın deyə gözlərinizi qaçırtdığınız adamlara deyil.

—   Uğurun, xoşbəxtliyin gələcəkdə hər zaman sizinlə olmağını istəyirsizsə, ailə həyatı quracağınız şəxsi düzgün seçməlisiz.  Bir ömür yazacağınız insanı seçəcəyiniz meyyarları da düz seçməlisiz. Bəli, razıyam ki, hər ikitərəfdə müəyyən güzəştə gedmə halları olmalıdır, bir-birlərinin kiçik səhvlərinə, bədxasiyyətlərinə göz yummağı bacarmalıdırlar və öz yoldaşı üçün nələrdənsə keçməyi də bacarmalıdır. Əsl ailə, xoşbəxt olmaq istəyiriksə bunlar olmalıdır. Amma bunlarla yanaşı ailə quracağımız insanla ortaq nöqtələrimizin, ortaq dəyərlərimizin çox olması da mütləqdir. Nə qədər çox ortaq nüanslar, xasiyyətlər olacaqsa, daha doğrusu bir-biri ilə uyğunlaşan, daha çox xoşbəxt olacağıq…   Seçəcəyimiz şəxsə daha uzunmüddətli xüsusiyyətlərə əsaslanaraq seçmək daha effektivdir. Mən deməyəcəm əsas zahiri deyil, mənəviyyatdır. Çünki hazırda birçoxları bunu normal qarşılamaya bilər. Amma məsələ ondan ibarətdir ki, müəyyən meyyarlara görə ailə quran cütlüklər müəyyən müddət sonra o meyyarların effektivliyi azal kimi ayrılırlar. Səhv etmirəmsə hardansa oxumuşdum ki, Azərbaycanda yeni evlənən hər 10 ailədən 7-si boşanır. Boşanmanın yaşı cavanlaşır. Artıq biri 5 il ya 7 ildir evliyik deyəndə, ay MaşAllah deyirik, sanki böyük bir göstəricidir…  Evliliklər nə qədər mənəvi bağlar üzərində qurulursa, o qədər uzunmüddətli olur.   İkinci amil, dünya da sizə ən yaxın şəxs və ən yaxın 2-3 şəxsdən biri yoldaşınızdır, onun razılığınıda hər işdə bacardığınız qədər nəzərə almağa çalışmalısız, ən çox zamanınızı ayırdığınız nəsnələrdə ən azı ilk 3-lükdə olmalıdır… Qismət olarsa başqa yazılarda və ya statuslarda bu haqda yenə yazarıq:)

Kiçik problemləri böyütməklə əslində böyüklüyümüzü kiçiltmiş oluruq.©

—- Problemlər, çətinliklər, dərdlər və s. Məni dəli deməyin, amma düşünürəm ki, bunların bizim daha da inkişaf etməyimiz üçün çox böyük vasitələrdir. Bir insan təcrübəni, peşəkarlığı nə zaman qazanır? Nə zaman mənəvi cəhətdən böyüyür, yüksəlir? Çətinliklərə, problemlərə sinə gəlməklə.. İnsanları müxtəlif məsələlərə görə müxtəlif kateqoriyalar bölürlər. Elə insanlar var ki, nə qədər problemlərlə rastlaşsa da, çətinliklərlə üzləşsə də, elə davranır ki, sanki heçnə olmayıb. Çünki o insan problem qarşılığında öz böyüklüyü anlayır..  Amma statusda da deyildiyi kimi, bəzi insanlar var ki, kiçik problemləri elə böyüdür ki, sanki dünya dağılıb… Bu tip insanlar kiçik problemləri böyütmək, əvəzinə həll etməyə çalışsaydılar, dünyamız daha da gözəlləşərdi…

Məqsədi olan insanlar yorulmur.

— Məqsədlərinizi düzgün seçin.. Çünki məqsəd səhv olarsa sizi və sizin ardınızca gələn insanları yanlış yolda addımlamağa və yanlış nəticələr əldə etməyə gətirib çıxarar. Bir dindara sən yenə də yaxşı araşdır deyən, ateist dostum özü də yaxşı araşdırmalıdır. Ümumiyyətlə insan ömrünün hər yaşında, hər anında daim araşdırmada, yeni-yeni nələrsə öyrənməkdə olmalıdır…  Məqsəd düzgün müəyyənləşəndən sonra, səni kim tuta bilər ki? Əgər istəsən! Məqsədlərə müxtəlif yollarla gedmək olar, bu yollardan istifadə et və məqsədinə çalışmaq üçün çalış.. Amma heç vaxt məqsədinin tələb etdiyi dəyərlərə, meyyarlara zidd olan addımlar atma, yollardan istifadə etmə… Şərəfli cəmiyyəti şərəfsiz yollarla qurmazlar…

Sabah edərəm demə..Bu gündə dünənin sabahı idi , nə edə bilmisən?

—-   Cəmiyyətimizin illərdi qurtulmaq istədiyi bəlalardan ən öndə gedəni desəm yanılmaram. Nəzəriyyəni bilmək gözəldir, bunu etməliyəm, belə etməliyəm və s.. Amma nəzəriyyəni praktiyaya çevirə bilməz bu nəzəriyyənin mənə nə xeyri? Ən yaxşı halda özüm köməyə ehtiyaclı halda, başqasına nələrsə öyrədəcəm…  Dünənlərdə ilişib qalma, sabahlara çox da ümid bağlama.. Sabah çox şey üçün çox gec ola bilər… Heç 5 saat sonranıda gözləmə. Ən uğurlu insanlar, hər işi öz zamanında görməyi bacaran insanlardır. Onlar uğura aparan yolu bir-iki hissinə qurban verməyənlərdir… Elə idnicə özün üçün bir praqram təyin elə və başla.. Alınmasa, xəbər elə yollarından, üsullarından yazaq:)

“Gözel xanımlardan istifade ederek, iyrenc ideyaları insanlara telqin edenlerle eyni dünyada yaşayırıq”

—- Birin qadın istismarındanmı danışırdı?  Müasir zamanda istismarın ən effektiv yolu, insanların bəyəndiyi və onlara istismarinin adiləşdirilmiş şəkildə göstərərək istismardı. O qədər qadın hüquqlarının bərpası adı ilə qadınları ( təbii ki, söhbət bütün qadınlardan gedmir) istismar etdilər ki, heç özlərinində xəbəri olmadı.. Anlamadı… Qadının sahib olduğu yüksək dəyərlərin, qadının çılpaqlığı, vücudunun gözəlliyi, müdürün müəyyən hisslərini sözlərlə belə olsa təmin etməsi qarşılığında itib, batdı.. Ən alçaq bir vasitəni, yüksəkdəyərli bir nəsnə kimi təqdim etmək istəyirsizsə, mütləq şəkildə insanların ehtiyaclarından  yararlanırlar və ona demokratik hüquq donu geyindirib və ya sənət, incəsənət, ədəbiyyat və s. kimi bəzəyirlər…  Heç işçi axtaranların və ya reklam, təbliğ yollarında niyə qadınlardan istifadə etdiyindən yazanda deyiləm. Düşünməyin ki, son zamanlar işləyən qadınların artması, evdə işsiz oturan kişilərin çoxalmasına görə bu şərhi yazıram:) Əsla. Bəlkə istəkləridə bu id, sözüm yox! Amma ki, biraz düşünüləsi məsələlərdir və feminizmlə bağlı işlər görən insanlarında, qadın istismarının bu cür versiyalarına öz etirazlarını bildirəcəklərinə ümid edirəm:)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0427 saniye