FACEBOOK-DAN SEÇMƏLƏR – 9
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:04 22 iyul 2016 tarixində əlavə olunmuşdur

Boşluq insan iradəsinin qatilidir. İnsan bu qatilə
qalib gəlməyəndə məhv olur.

—-    Əvvəllər anlamırdım niyə dini təlimlərdə bekarçılığı günahlara aparan yol kimi təqdim edirdilər.  Amma zaman keçə-keçə bekarçılığın, boşluğun necə böyük bir bəla olduğunu anlayıram…  İnsan gərək bekar qalmaya, mütləq şəkildə nə iləsə məşğul olmalıdır. Özü üçün elə bir praqram təyin etməlidir ki, boş zamanı qalmasın. Boş zamanını kitablarla, ev işlərinə kömək etməklə, dostlarla keçirtsin. Amma boş-bekar oturmasın. Praqram deyirəmsə, demirəm gedin bir siyahı tutun saat neçə bu, neçədə o. Sadəcə gündəlik və həftəlik planlarınız olsun. Məsələn, günə 50 səhifə kitab oxuyacam, həftəyə hansısa bir mövzu haqqında araşdırma edəcəm,  günə 2 dostumla hal-əhval tutacam və s. İnsanlarının etdiyi mənasız işləri təhlil etsəz, cinayətləri, oğurluqları çoxusunun kökündə insanların bekar olmaları durur.  Bir işlə məşğul olsalar, hələ çörəyini qazansa mənfi hallarında sayı azalar. Daha iş varmı, yoxmu, bu hala bizi kimlərsə salıbmı, salmayıbmı bunlar tamam başqa mövzular:)

realda gunde biriyle firlanib burda agiz dolusuyla qeyretden namusdan danisan qizdar varmis dostluqumda.gedin qarnivizi ortun sora danisin namusdan!!!!

—  Müasirlik adı ilə gətirib çıxardıqları vəzyətə bax.  İndi 17-18 yaşına çatmış azı bir-iki nəfərlə sevgili olmamış, görüşməmiş qız və ya oğlan tapmaq həqiqətən çox çətindir. Hələ heç tələbələrdən danışmıram.  Oğlanlar üçün qız fırlatmaq igidlik sayılır deyə məyus olurdum ki, bu xəstəliyin qızlara da keçdiyini öyrəndim… Maraqlısıda budur ki, çoxusuda bilir ki, münasibətdə olduğu şəxslə bir həddə qədər münasibətdə olacaq və sonra ayrılacaq. Bunu bilə-bilə mincür hoqqadan çıxan və ya yenə də sevgili olan şəxsə nətəri yaxşı gözlə baxasan? Ok, tamam yenə də deyirsiz camaatdan saa nə? Ay başua dönüm, axı cəmiyyət bizim cəmiyyətdi? Bu tək sənin və sənin kimilərin deyil axı özününkü kimi aparırsan. Bura eyni zamanda mən və mənimkimilərində vətənidir, cəmiyyətidir! Hələ, hələ o qapı göstərənlər varee, bəyənmirsən çıx ged. Ağıllı daha bilmir ki, bu millətin əsrlərdi öz milli-mənəvi dəyərləri var, yox əgər sən o dəyərləri bəyənmirsənsə, hansı dəyərlər harda üstünlük təşkil edir, ged ora, yəni qapı sənə göstərilməlidir😉  Qızlar  (çoxsu )  isə son zamanlar açıq deyirəm, özlərini istismar etdirməkdən həzz alır. Amma vay o gündən ki, öz sevgili bir nəfər salam demiş olsun. Aləmi qatacaq. Nə isə əşii, girməyək bu mövzulara, sonra yaxşı olmaz:) Qismət olsa yenə toxunarıq bu mövzulara:)

Bütün ağrılar keçicidir. Ömür boyu olsa belə…

— Neçə-neçə şəxs üçün,  onsuz ölərəm deyən dostlarımızı gördük. Öldülər? Bu iş alınmasa, mən bitdim deyənlərdə oldu. Bitdilər? Həyatda olacaqlara çarə olmaz deyirlər. Amma bunu unutmaq lazım deyil ki, olanları sorğu-sual edib, üzüntülərə qərq olmaqdansa, hadisələri öz xeyrimizə doğru dəyişməyə çalışsaq daha çox uğur qazanarıq. Ağrılarımızın bizi qıvırmağına, öldürməyinə icazə verməyin. Ağrıların ən şiddətlisi, bəlkə də sevdiklərimizdən kimisə itirməkdir. Əgər ölübsə, bir ömür özünü viran eləsəndə geri dönməz. Səndə öləssən. Kim ölməyəcək ki? Həyata bağlan. Qalx ayağa. Sənin ağrılarınla eyni ağrıları bölüşənlər var. Bəlkə onlara bir köməyin dəydi, heç düşündümü?  Ağrıların keçici olub, olmamasını sən müəyyənləşdirirsən… Elə isə ağrılarla yaşama,  qurtul ağrılardan…

 

Qartal qonduğu budağın qırılacağından heç vaxt qorxmaz , çünki güvəndiyi budaq deyil qanadlarıdır

—–  İnsan həyatda nə edirsə, nəyəsə güvəndiyindən edir. Əlbəttə bunu özü düşüncəsi ilə edirsə. Məsələ, nəyə güvənməyindədir. Güvəndiyin nəsnə nə qədər etibarlı olarsa, bir o qədər öz işində möhkəm, davamlı və ən əsası nəticəyönümlü olarsan… Bu həyatda güvənəyəcin ən əsas iki şey. Biri özün, digəri doğrular. Tarixə nəzər salsaq, atılan addımlara verilən dəyərlər tarixin müəyyən zaman aralıqlarında fərqli olur. Amma nə qədər fərqli olsa da doğrulara söykənilərək atılan addımlara, axır-əvvəl öz layiq olduğu müsbət görünüşü əldə edir. Bir iş görmək istəyirsən? Başqalarını dinlə, iş adamlarını, vəzifələri və s. Dinləməyin, dinlədiklərini 100% etməlisən anlamına gəlməz. Dinlə. Zaman-zaman lazım gələrsə bir-iki addım geri at. Geri çəkilmək, hər zaman məğlubiyyət demək deyil, daha sürətli, daha güclü şəkildə meydana atılmaq üçündə ola bilər. Özünə güvənmək yaxşıdır. Amma öz nəticəni əldə etmək üçün zaman gəlməyibsə, hərəkətə keçişin zaman və enerji itkisidir. Açıq meydanda yalnız qalmaqdır.. Məsələ, hədəfə gedən yolda sənin düz olmağında deyil, təbii ki bu önəmlidir. Məsələ, gedəcəyin bu yolda hansı işləri görə bilməyin, hansı nəticələri əldə edə bilməyindədir… Əgər qonduğun budağın qırılmağı ilə hərəkətinin istiqamətlənməsini istəmirsənsə bütün hisslərinə nəzarəti ələ keçirməyi bacarmalısan.. Çünki qopan budaq belə sənin hərəkətə gəlməyin üçün mişarla kəsilmiş ola bilər.. Zəmanəni tanısan, açdığın qanadlarının səni hədəfinə çatdırmağı üçünmü açıldığını, yoxsa uzaqda pusquda yatıb, səni gözləyən ovçunun nişangahına aparmaq üçünmü açıldığını anlayarsan… Ehtiyatlı ol, dünyanı zindana çevirənlər güvəndiyin yerdən səni vurmağa çalışırlar..  Güvənlə yanaşı, biliyini, elmini, agahlığını artır. Tarixi hadisələri yalnız oxuyub keçmə, təhlil et. Dünya sənin evindi. Evində dönən prosesləri yaxşı mənimsə, öyrən. Sonra evində əsirə çevrilmə…

Həyat ,velosiped sürmək kimidir.Tarazlığınızı saxlamaq üçün hərəkət etməlisiz !:)

— Belə bir cümlə var idi, dayandınsa öldün. Həyatın tarazlığı üçün keçmişinin keçmişdə qaldığı və onun sənə ancaq nəticələr çıxartmaq üçün lazım olduğunu anlamalısan. Sabahın sual altındadır. Azmı olub dünən birgə olduğumuz, bəzilərimizin isə sabah görüşərik dediyimiz dostlarımız sabaha çıxmayıb… Bugünü isə elə yaşamalısan ki, sabah kaş deməyəsən, işlərinin pis gedməsinə bugünün, bugün etdiklərin səbəb olmasın…  Özün üçün doğruları müəyyənləşdir, amma yaxşı araşdır. Çünki doğrular deyə qəbul etdiklərinj, yanlışlardan ibarət olar. Ən əsası nə qədər peşəkar velosiped sürməyi bacarsanda ehtiyatı əldən verməməlisən, dostum. Dəbilqəni, dizliklərini tax. Həyatda belədir. Ay, 2-3 günlük dünyadır, ye iç kef elə deyənlər kimi ehtiyatsızlıq eləmə. Dəbilqəni və dizliklərini tax.  Tarazlığını qorumaq üçün daim hərəkət elə. Amma əsas məsələ irəliyə doğru hərəkətdir. Hərəkət edim deyə arxa-arxaya gedmə…  Velosipedi tam profesional şəkildə idarə edənə kimi yığılassan arada. Təslim olma! Yıxıldın yenə başla sürməyə. Ən əsası isə unutma, sən təslim olmadığın və vaxtın bitmədiyi müddətcə hərəkətə davam…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye