Facebook'da qadın qrupundakı tiplər
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 02:28 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Həmişə qadınları müdafiə etmişəm, təhsilli olmaqları gərəkdiyinin doğrultusunda erkən evliliklərə qarşı olub, şiddətə kəsinliklə YOX! söyləmişəm. Fikrimdə dəyişiklik yoxdur. Amma bu dəfə qadınlara bir az fərqli aspektdən yanaşacağam. Nə qədər zərif, gözəl, incə bir varlıq deyə yüksəkliklərə qaldırsaq da, sonucda qadın da insandır. Səhvləri və olmaması gərəkən pis vərdişləri özündə birikdirə bilən bir varlıqdır.

Sosial şəbəkə olan facebookda 12 min xanımın toplaşdığı bir qrupumuz var. Xanımları burdan müşahidə edirəm həmişə. Qrup sosial şəbəkə, virtual olsa da, cəmiyyət alanına daxil olan insanlardan ibarətdir. Bu üzdən toplumun bir hissəsidir qənaətindəyəm. Bu qrupda hər tip, hər cür zəka və kültürə sahib qadınlar var. Evdar xanımından tutmuş, ta ki iş qadınına qədər...

Bunları bir sıralamaya salsaq, mənim müşahidəmi anlatmağım da, sizin oxumağınız da daha asan olacaq.

Bir tip qadınlar var ki, bütün gün evdə olurlar. Ər səhər tezdən işə gedir, bu qadınlar da rahat yuxusunu alandan sonra oyanır, uşağını yedirib keçir komputer və ya telefon başına. Başlayır yemək bişirməkdən tutmuş, müğənnilərin həyatının sorğulamasına qədər banal və əhəmiyyətsiz mövzuların müzakirə və araşdırılmasına.

İkinci tiplər var ki, bunlar ancaq "reklamçılardır". Öz həyatlarının və gündəlik yaşamlarının reklamı ilə məşğuldurlar. Şəkil paylaşımlarının ardı-arası kəsilmir, nə badə biri deyə ki, yoldaşınla yaraşmırsınız, şüvən qopdu, nə qopdu də. Aləm dəyir bir-birinə, nəticədə şəkil də silinir, elə o şəkil kimi yaşananlar da...

Üçüncü növ tiplər var ki, bunlar bütün gün ancaq ərlərinin xəyanətindən, "gəzdiyi" qadının forma və strukturunun müzakirəsində "canla-başla" iştirak edirlər. Sözlə ərinin məşuqəsini yıxıb-sürüyür, rahatlanır. O birilər də ona "tırka" verir bu saçyolduda.

Dördüncü növ tiplər də var ki, bunlar ancaq sözdən fikir tutmaqla məşğuldurlar. Məsələn, bir qadın ikinci dəfə ərə gedibsə, onunla sözü çəp gələn kimi deyir, "kiminsə ərini əlindən alıb yiyələnmisən. Hələ üstəlik uşaq da doğmusan camaatın ərindən.
Yaxud da, filan yaşında ikinci ərdəsən, nə tez tapmısan belə, deməli, gözün-başın qaynayır də..."

Bir də beşinci növ tip var ki, bu qadınlar "hap-gopla" özlərini "məşhurlaşdırmağa" çalışırlar. Ərim filan yerdə işləyir, bu qədər maaş alır, özüm filan marka paltarlar geyirəm - dərkən real həyatdan bir tanıyan çıxır, deyir ki, bəs, ay filankəs bacı, biz qohumuq, sənin qaynanan filankəs xala deyil? Aləm qarışır yenə toz-dumana...

Və sakit, sadəcə marağına səbəb olan fikirlərə mədənicə münasibət bildirən, nələrdənsə örnək götürən qadınlar da var bu qrupda. Onlar bu "məşhurlar"dan sayılmır. Onları heç tanıyan da yoxdur qrupda. Sadəcə ad soyadları var, vəssalam. Amma əslində, bu tip qadınlar, bax elə, əsl qadınlardır, anlayana...

Bu yazımı oxuyub məndən, bəlkə də, inciyəcəklər, amma real olan heç kimin gözündən qaçmır. Neynəyək ki, toplumda hər cür insan olması qaçınılmazdır!

Sayğılarımla, əziz xanımlar!

Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye