FACEBOOKDAN SEÇMƏLƏR - 8
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 11:02 22 iyul 2016 tarixində əlavə olunmuşdur

Növbəti 5 status…  Sizlərdə bu silsiləvi yazılarda hansısa statusları görmək və ya şərh olunmağını istəsəz #fbsecmeler haştağından istifadə edə bilərsiz… və ya “Tənqid-Ağanın yazıları” qrupuna,  “Ağaəhməd Göyüşov”  səhifəsinə göndərə bilərsiniz…

Bir qıza dostluq atmışdım,dostluğumu qəbul
etmədən inboxa yazmışdı: “Mən artıq gənc
yazarlardan qorxuram,bağışla dostluğu qəbul
edə bilmərəm…”
Nə deyim vallah eləcə donub qaldım.Azərbayc
anda biraz tanınan,biraz sevilən,oxulan gənc
qələm sahibləri dostluğundakı bütün qızlara,7-
dən 70 -ə hamıya “yatmaq” təklif edir.Sanki
artıq hər şey bularınmış kimi zənn edirlər.
…Bu arada mən gənc yazar deyiləm,gənc
şairəm.

—–   şair dostumun statusunda böyük reallıqlar və həqiqət gizlənib. Düz deyirdəə, a qardaş. Gənc yazarlarımızın artması sevindirici haldı, ziyalılar nə qədər çoxalarsa bir o qədər gəncliyimizin inkişafından danışarıq. Amma hər bir iki cızma qara edənə də yazar demək olarmı?  Yaxşı, tutaq ki dedik, lap əcəb elədik, bəs bu statusundan istifadə edərək qızlara padxod eləmək nə üçün? Bilirəm, deyəssiz ki, öz işidir, öz düşüncəsidir. Ən yaxşı halda isə sizlərdə qınayassız və belələridəə varda deyəssiz. Axı necə öz işidir ki, belələrinin əlindən neçə-neçə xanım öz rahatlığını itirir? Məgər mənim öz işimdir deyib, camaatı dəng eləməyə haqq qazandıracaq arqument var? Bu ona bənzəyir ki, biri lütlənib düşüb küçələrə, camaatın gözünün qabağında o yana gedir, buyana gedir, biri bir söz deyəndə mən lütlənmişəm, ya heçnə geyinməmişəm baxmadaa deyir. Nətəri baxmasın bu yazıq ki, gözünü hayana zilləsə sən və ya sənin kimisi çıxır qabağına? Və ya bir iki cümlədə icazə versəz bəzi gənc yazarlarımızın yazdıqlarına nəzər salaq…  Nədən yazırlar çoxunuza sirr deyil. Əksəridə 18+ yazır, qadın kişi münasibətlərinin azadlığından və s.  Açıq deyirəm ki, bu tip yazanların böyük əksəriyyəti qız tutmaq və ya müəyyən qədər hissləri tez cuşa gələn qızlara yaxın olmaq və s. və s. və s.:)

Həqiqi məhəbbət, təmənnasız məhəbbətdir!

—-  Qəliz və çox önəmli mövzudur. Məhəbbət. təəssüflər olsun ki, zamanımız elə hala gəlib ki, məhəbbətin geniş izahına, yanlışını, doğrusundan seçməyə çox ehtiyac var. Əvvəllər yalnız 3-5 fırıldaqçı, kiminsə başını aldadan şəxslərə rast gəlirdiksə, indi 3-5 doğru tapanda, hardasa qurban kəsmək istəyirik ki, yaxşı ki bu zamanda belə insanlar qalıb.. Nə məsələdi? Nolub axı bizə? düşüncələrimizi təmizləyək. Məhəbbət təmənnasız olur. Bu fikirlə razıyam, təmənna olursa da bu sənin məhəbbət bəslədiyinin sənə qarşı olan məhəbbəti olmalıdır… Bu gün sevgini nələrə bağlamamışıq ki? Sevirsə belə eləməlidir, elə etməli idi… sevgini yataqlarda görənlərdə var, sevginin yolu yataqdan keçir deyənlərdə..  Təbii ki, yanlışdır mənə görə bu düşüncə. Sözsüz, insan sevdiyi ilə olmaq istər, toxunmaq, saçlarını oxşamaq… Amma bu əsas vermir ki, sevgini bütünlüklə yataqda görəsən və ya bəzi hallarda madiyyata bağlayasan…

Ağıl nəzəri və praktiki zəkaya bölünür.
Haqq və batili, doğru və yanlışı, xeyir və şəri, yaxşı və pisi ayırd etmək- Nəzəri zəkanın işidi.
Haqqı, doğrunu, xeyri, yaxşını seçmək, və bunların əksi olan əməllərdən çəkinmək isə- Praktiki zəkanın işidi.
Yəni bir adam yaxşı və pisi ayıra bilirsə deməli nəzəri zəkaya sahibdi ama yaxşını biləndən sonra onu seçmirsə və ya pisi seçirsə deməli praktiki (əməli) zəkaya sahib deyil.

— ƏHSƏN! İllərdi  deməkdən yorulmuram, bir ömürdə deyəcəm.  Nəzəriyyədən praktikaya keçin. Alimlərdən birinin yanına gəlib demişdilər ki, mənə xüsusi zikr ver, dua öyrət, Allaha daha yaxın olum. Bilirsiz nə deyib? Bildiklərinə əməl elə… Xüsusi nəyəsə ehtiyac yoxdur, əgər insan bildiklərinə əməl etsə heçkəsin çata bilmədiyi bir zirvəyə yüksələr… Yalan danışmaq insanın yüksək mənəvi dəyərinə ziddir, pisdir. Deməli insan daha yalan danışmamalıdır… Kobud danışmaq pisdir, deməli olmaz. Oğurluq pisdir, demək olmaz. Başqasının haqqını tapdalamaq oisdir, demək olmaz. Sevdiyinə, yoldaşına xəyanət pisdir, demək olmaz. Öz namusunu düşünən, başqasının namusuna göz dikməz, demək bu da olmaz! İnsanlara sevgi ilə yanaşılmalıdır, demək yaxşıdır, bu olar. elmli olmaq lazımdır, demək elm oxumaq olar və s. əgər bildiksə, bu pisdir və bunu etmək olmaz, deməli bunu etməməliyik… Çalışaq həm nəzəri, həm də praktiki zəkaya malik olanlardan olaq…  İstisnalar və müəyyən səbəblərlə kənara çıxmalar anlaşılandır…

İLLƏRDİR idarəçi olaraq icra etdiyim sadə MÜVƏFFƏQİYYƏT formulası : mənimlə eyni dəyərləri paylaşan insanları ətrafıma toplayıram, məqsədlər müəyyən edilir və irəli… Əzmkarlıqla, disiplinli, Və qeyri adi nəticə.
Nailiyyət və mükafat komandanındır. Mən prosesdən zövq alıram.
Bu da mənim mükafatımdır

—-   Dəyərlər. Öz milli və mənəvi dəyərlərinə sahib çıxmayan şəxs və ya şəxslər plastilin kim, mühitin tələbi ilə o yana, bu yana burulacaqlar… Bu o demək deyil ki, mühitin tələbləri nəzərə alınmamalıdır, xeyr. Bu belə deyil. İnsan o zaman uğurlu, dönməz, mərd və cəsarətli, öz əqidəsində möhkəm dayanır ki, sağlam təfəkkürə və düz olan milli-mənəvi dəyərlərə sahibdir. Bacardığı qədər düz olanlarına sahib çıxır, yanlış nələrsə varsa onu düzəldir.  Komanda olaraq çox böyük uğurlara imza atmaq istəyirsinizsə, sizinlə eyni dəyərlərə xidmət edən insanlarla bir araya gəlin, onlarla müxtəlif məzmunlu layihələr həyata keçirin və bu millətin xeyrinə lazım gələrsə öz ömrünüzü şam tək əridib, milləti işıqlığa şıxarın….

Həyat güləş meydançasıdır, o qədər güləşir, mübarizə aparırsan ki, axırda bezib, kürəyinin yerə vurulması, totamiyə əlini vurmağın üçün zəif görsənməyə çalışırsan… Ya da gözləyirsən, həyat üzrə məşqçin Əliylə T hərfini göstərib Timeout elan etsin ki, dincələ, enerjini bərpa edə biləsən…

—–  Həyat hər sahədə bir marafondu sanki. Döyüş meydanı deyənlərdə var. Və ya bizlər marafona, döyüş meydanına çevirmişik. Yaxşılarla pislərin döyüşündən yazmayacaq. Axı çox vaxt özümüz yaxşılarla pislərin döyüş meydanı oluruq. Həyatımızda xoşbəxt olduğumuz, sevincli olduğumuz anlar var. Bax o işlərin yolunda geddiyi anlardı. Birdə büdrədiyimiz anlar. Qalxıb qalxmamaqla, birdəfəlik hərşeyin başını buraxıb yıxılmaq arasında qaldığımız anlar… Bir dəli şeytan deyir, burax hərşeyin başını. Bu yolda, bu dünyada kimlər istəklərinə çatıb ki, sən çatasan? Kim bu dünyanı dəyişib ki, sən dəyişəsən? Və ya doğrulara əməl edib, yanlışlardan qaçmaq bir sənə qalıb? Şeytandan kimə xeyir gəlib ki, sənə gəlsin?:) Dərindən nəfəs al. Soruş özündən. Bütün dünya yanlışlar içində boğulsa, səndə boğulmalısan? Büdrədin deyə təslim olan zəiflərdən nə fərqin oldu? Büdrədin qalx! Mümkündür ki, yenə büdrəyəsən yenə qalx! Nə vaxta kimi? Ta o vaxta kimi ki, ayaqlarının üstündə dimdik dayanassan və heçvaxt büdrüməyəssən! Nəinki büdrüməyəssən, hətta ətrafındakı büdrəyənlərə də ayağa qalxmaqda köməkçi olassan! O zaman ən güclü olassan ki, həyat fəlsəfən olacaq…  Sən Allahın sənə verdiyi gücü anlasan, kim durar bilər ki, sənin qarşında?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.022 saniye