Faranheyt 451 -kitabları yandırma; esse
Xəyal Mahmudlu tərəfindən "Esse" bolməsinə 20:35 16 mart 2014 tarixində əlavə olunmuşdur

       Faranheyt 451...Bu kağızın yanma temperaturudur.Əsəri oxuduqca Rey Bredberinin fantastik dünyası simasında yaşadığım cəmiyyəti, beyinləri canlandırırdım.Əslində, fərqlənən bircə şey idi (ciddi almasanız da olar): kitabdakı dünyada yanğın yaradırdılar, bizdə isə söndürürlər.Amma bu da nisbidir, elə bu dünyada da yandırmaq, dağıtmaq, tökmək, həzzlərin aludəçisi olmaq, düşünməmək moddadır.Hə, lap elədir.Rey əmi, ya Dahi Rey deyək, kitabda bizə düşünməyin, kitabların dəyərini göstərməyə çalışıb, təxminən altmış il öncə.Və əsəri oxuduqca gözlərimin önündə kor qanunlar canlanırdı, hansı ki, insanı deyildə kimlərinsə mənafeyini əks etdirib həmişə (təki yanılım).

      Yandırmaq əyləncəli idi

     Baş qəhrəmanımızın adı Monteqdir.Bu insan kitablara nifrət edən, Faranheyt 451-də yanğınçı kimi çalışan, öz işindən həzz alan birisidir.Və əsas qəhrəmanı deyəcəyim Klariss...“mənim on yeddi yaşım var və mən dəliyəm.”- deyən qızdır, kitabları, düşünməyi, gecələr sakit havada, təkcə gəzişməyi çox xoşlayır.Məncə indiki zamanda çox insanın Klariss kimi birisinə ehtiyyacı var.Monteqin bəxti gətirib amma.Kitabda ən diqqət çəkən dialoqlardan biri də bu oldu mənə görə:

“Siz xoşbəxtsiniz?” deyə soruşdu.

“Nə?” Monteq bərkdən dedi.

Lakin qız artıq orada yox idi – o ay işığında qaçırdı.Evlərinin qapısı ehmalca bağlandı.

“Xoşbəxt!!Bu nə cəfəngiyyatdır?!”

Monteq artıq gülmürdü.O evinin giriş qapısındakı xüsusi quruya əlini saldı.Onun toxunuşuna cavab olaraq qapı açıldı.

“Əlbəttə, mən xoşbəxtəm.Başqa cür necə ola bilər? Bəs o nə fikirləşir? Xoşbəxt deyiləm?”.O səssiz otaqlardan soruşurdu.

 

     “Xoşbəxtəm?” –bu sualı özünüzə verdinizmi heç? Düşünməyə dəyər...

Davam edirəm...

    Monteq Klarrisi tanıdıqdan sonra dəyişir sürətlə.Və o düşünməyə başlayır, sanki bu vaxtacan heç etməyibmiş kimi.Həyat yoldaşı Mildredə gəldikdə, o da televiziyadakı beyin yuyan TV proqramlarının qurbanıdır.Məncə bunun indiki dövrümüzlə eyniliyini sübut etmək üçün əlavə şərhə gərək yoxdur.

     ...və son yanğın günü.Həmin gün Monteq kapitanı Bitti və digər yoldaşlarıyla bir qadının evinə yollanırlar.Təbii, kitabları yandırmaqçün.Hadisələrin gedişatında Monteq təsadüf nəticəsində kitabdan bir cümlə oxuyur:

“Zaman günorta günəşinin parıltısında yuxuya getmişdi.”

    İlk baxışda adi görünür və bir də bu cümləni beyinə güc verib oxusaq əsl mənanı tuta bilərik.Bu işi sizə həvalə edirəm...

    Kitablar, kitablar...Bu arada deyim ki, Klarrisi bizim kapitan Betti öldürtür, ailəsi isə şəhəri tərk edir.Monteq bunu öyrənəndə artıq gec idi...O, təəssüf hissi keçir, axı Klarrisdən çox şey öyrənmişdi.Və əsl məsələlər bundan sonra başlayır.

 

Kitablar xilas edir:

    Monteq vaxtilə parkda qarşılaşdığı qocanı,  Faberi xatırlayır.Faber yaşlı, özünə görə yaşayan, başıaşağı adamdır bizim dillə desək.Alimdirdə.Monteq onun yanına gələndə ilk öncə tərəddüd edir bizim qoca, çünki özüylə kitab gətirmişdi.Nəysə, uzatmayacağam, əsərdəki bu cümlələrlə kifayətlənəcəyəm:

    “Bilmirəm.Bizim xoşbəxt olmaq üçün hər şeyimiz var, lakin xoşbəxt deyilik.Nə isə çatmır.Mən ətrafa baxdım.Düşündükcə anladım i, əvvəllər olsa da indi olmayan yeganə şey mənim on və ya on iki il ərzində yandırdığım kitablardır.Ona görə də düşündüm ki, kitablar mənə kömək edə bilər.”

   Və Faberlə Monteq dünyanı dəyişmək üçün yola düzəlirlər.Bacarırlar, ya bacarmırlar, bunu deməyəcəm, özünüz oxuyun bilin, həhə J Kitabdan bu cümlələrlə yazıma son verir və sizə xoş mütaliələr diləyirəm.Bu arada, “kitabları yandırmayın” J :

    “Bir zamanlar, İsanın doğulmasından əvvəl Simurq adlı bir axmaq quş yaşayıbmış.Uzun illər boyu o, ocaq qalayıb və özünü odda yandırıbmış.Yəqin ki, o, bəşəriyyətin ən yaxın qohumu imiş.Lakin hər dəfə yandıqdan sonra, o, yenidən küllərdən doğulurmuş.Belə görünür ki, biz insanlar da eyni şeyi edirik, özü də dəfələrlə.Lakin bizim Simurqdan üstün cəhətimiz var.Biz etdiyimiz axmaq hərəkətləri dərk edirik, yadda saxlayırıq.Biz minilliklər boyu etdiyimiz axmaq hərəkətlərin də fərqindəyik.Bu da bir gün lənətə gəlmiş ölüm ocaqları yandırmaqdan və onun içinə tullanmaqdan əl çəkəcəyimizə bir ümiddir.Hər bir yeni nəsil, bizim üçün etdiyimiz səhvlərimizi xatırladacaq insanlar qoyub gedir.” 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0223 saniye