Fasiqlər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:10 21 yanvar 2024 tarixində əlavə olunmuşdur

Fasiq-qısa sözlə,el dilində,bəzəksiz-düzəksiz ifadə etsək,Allahdan üz çevirən,həyatını maddiyyata bağlamış,qula-qul olan nankorları özündə ehtiva edir.Zatən.Allahdan üz çevirənlər,atasına oda atar,anasını suda boğar.Bir insanın qəlbindən,ruhundan mərhəmət hissi yox oldumu,o zamn bu hiss yerini ölü bir qaranlığa buraxır və geridə insanlıqdan əsər-əlamət qalmır.Çox pis zamana tuş gəldik.Yaxşılar gündüzlər kimi qısalır,zalımlar qaranlıq kimi çoxalır.Bu cansıxıcı,könül bulandıran pislik vulkanının atəşindən qaçmaq tək qurtuluşdur və tək sığınaq yerimiz Allahın kölgəsidir.

Vətən doğulduğun yer deyil,doyduğun yerdir-dedim və bu kəlməni eşidən bir boynu yoğun,mənim bu fikrimi bəyənməyib bir vətənşivənlik qopardı ki,gəl görəsən...Əslind,bu cür məxluqların daşlaşmış qəlbində zərrə qədər vətən,torpaq sevgisi olmaz.Belələrinin tək çıxarı murdar gödənlərini bəsləmək,özlərindən bir pillə yuxarıda olan məqam sahiblərinin önündə dörd qatlanmaq,məddahlıq yarışınnan qalib çıxıb yal toplamaqdan qeyri bir şey ifadə etmir...

Bəziləri var ki.ÇOX TEZ-TEZ PULSUZLUQDAN QORXMADIQLARINI İFADƏ EDƏR,ÖZLƏRİNİ QÜRUR ABİDƏSİ KİMİ GÖSTƏRƏR VƏ BOŞ AĞILLARINNAN BAŞQALARINA AĞIL TASLIYARLAR.Halbuki,həyatları boyu rüşvətlə,beytül-mal yeməklə nə özlərini pulsuz qoydular,nə də ki,gülməşəkər balalarını.iki gün pulsuz qalın görüm o "qürur"nuzdan bir əsər-əlamət qalacaqmı???

Yaşadığımız çağdaş zmanda o qədər qüsur varki,bilmirsən harada başlayıb,harada nöqtə qoyasan.Həyasızlar və yaltaqlar üçün həyat hamardır.Bu 1000 il əvvəl də belə idi,bu gün də,belə davam etməkdədir.Bir sözlə,dünyanın bizə borcu yoxdur,o bizdən əvvəl də,vardır,bizdən sonra da,olacaq.Bildiyimiz tək bir şey odur ki,bizim bilmədiklərimizi bilən bir qüdrət sahibi var- O-YERLƏRİN GÖYLƏRİN SAHİBİ ALLAH!!!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+2=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0226 saniye