Fəhlə
Nasirofff tərəfindən "Hekayə" bolməsinə 13:33 15 aprel 2014 tarixində əlavə olunmuşdur

Yenə çox yorğun idi. Evə saat 3-də gəlib çatmışdı. İşlədiyi 3 ildə sanki 10 yaş qocalmışdı. Duş aldıqdan sonra rahatlamışdı biraz. 50 Qəpiyə aldığı "Lux Prima" damağında əriyirdi. Şanssızlıq 12 yaşında onun ailəsini əlindən almaqla döymüşdü qapısını. Bir avtomobil qəzası son qoymuşdu ailəsinə. Amma indi 30 il ötmüşdü bu hadisənin üstündən. Yarasının üstü qabıq bağlamışdı. Amma yenə də göynəyirdi qəlb yarası. Həyatında uşaqlarından başqa heç kimsəsi yox idi. Bir də " fəhlə maaşına " görə onu tərk edən qadını. Fəhlə işləyirdi. Bəli fəhlə, hansı ki küçədə ona tərs-tərs baxıb uşağına bax, oxumayanın axırı belə olur deyən çirkli cəmıyyətin ən təmiz insanı. Onun təhsili yox idi, çünki 12 yaşından sonra heç bir qohumu sahib çıxmamışdı ona. Uşaq vaxtından indiyənə kimi heç kimin qarşısında əyilməmişdi. Paltarlarının çirkli olması, əllərinin qabarı və günəş şüalarının yerdən neçə metr yüksəklikdə məlum olmadığı bir yerdə olan birinin üzünü yandırması onu "aşağı təbəqəyə" aid edirdi. Günəşdən yanmış sifəti bu qara cəmiyyətdə bir parıltı idi. Tərtəmiz ürəyi onu çirkli paltarını üstələyirdi. Amma bu insanların dar düşüncəli beyincikləri normal qəbul etmirdi onu. Hər dəfə dükkana girəndə satıcının acı baxışları, avtobusda olarkən sərnişinlərin baxışları onu rahat buraxmırdı. Amma çox güclü idi o. Uşaqları üçün yaşayır və mübarizə aparırdı. Artıq ürəyi tab gətirmirdi. Hətta bir dəfə evinin önündə ürəyi tutmuşdu. Qonşularının köməyi ilə xəstəxanaya çatdırılmışdı. Həkim isə nəyinki işləməyəhətta çox hərəkət etməyə belə qadağa qoymuşdu. Amma kənardan aşağı təbəqəyə aid edilən bu insan öz övladları üçün yenidən işləyirdi. Yenə o birilərindən fərqlənməyən gün idi. Yenə eyni insanı rahatsız edən baxışlar.. Artıq beli də əyilmişdi. Göydən yağan qar dənəcikləri köhnəlmiş və cırılmış paltoya tapışırdı. Qapıya yaxınlaşanda birdən halı dəyişdi və yerə yıxıldı. Soyuqdan donan kirpikləri daha qırpılmırdı. Uşaqları isə  əktəbdə idi. Gözlərinin yaşı donmuşdu, o, uşaqlarını bir daha görə bilməyəcəyi üçün ağlayırdı. Gözlərini yumaraq əbədiyyata ailəsinə qovuşurdu. Nə olsun öldü, öz səhvi idi vaxtında oxusaydı belə olmazdı deyən dardüşüncəli insanlardan canını qurtardığı üçün xoşbəxt idi. Ondan qalan isə yalnız məzarı idi.


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Nasirofff
Haqqında

Əlaqə
E-mail:
end.10@inbox.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0331 saniye