Fələk bəxtim yazan gündən.......
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:23 19 may 2015 tarixində əlavə olunmuşdur

Fələk bəxtim yazan gündən günüm ah-zar, olar əfğan,
Sənin dərdin nə dərddir ki,mənim dərdim olar Sən"an.

Nələr söylər xumar gözlər,ötər dillər şirin sözlər,
Çəkər həsrət,yolun gözlər,tökər qan-yaş olar neysan.

Zərəfşandır siyah tellər,sinə meydan açıb güllər,
Bimar oldum uzun illər,bilər dərdim,olar dərman.

Güman etdim güman yerdən,küsüb baxtım uman yerdən,
Gedər əqlim,çıxar sərdən,sevən könlüm olar viran.

Güzar etsə gülüstanə,düşər dillərə əfsanə,
Dözər Mövlud bu hicranə,şirin canım olar qurban.

21.11.2014 / Zərdabi
Mövlud Ağamməd

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+2=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0463 saniye