Fələyim saldı nə tez yadə məni məhv elədi,
Müəllif: Movlud Aqammed
***MÜRƏBBE***
Fələyim saldı nə tez yadə məni məhv elədi,
Yetmədim bircə gün muradə,məni məhv elədi.
Tapşırıb ömrümü səyyadə məni məhv elədi.
Qaldım həsrət yara dünyadə,məni məhv elədi.
****
Şükr elə ,Allah verən ömrü yaşarsan şadiman,
Dünyadan köçmək dilərsən gər olarsan peşiman.
Gəlmişəm ki,dünyayə beş gün olum mən mehiman,
Bilmədim,kim gətirib yadə məni məhv elədi.
****
Öylə bir halə gətirmişlər məni mahparələr,
Şəm kimiyəm,ətrafımda dövr edir pərvanələr.
Görməsin halım mənim min Məcnuni -divanələr,
Çünki onlar içirib badə məni məhv elədi.
****
Çünki eşq badəsidir eylədiyim söhbətini,
Dərdimin dərmanı yoxdur,çəkirəm möhnətini.
Mövluda,kim vəsf edər bunca gözəl afətini,
Düşəli könlümə bu sevda məni məhv elədi.
8.09.2014.Zərdabi.Mövlud Ağamməd.