Fələyin qismət olub cövr ilə cəfası bizə.
Nə günah sahibiyik? - uzaqdır səfası bizə.
Artır əclaflar, amma biz hələ də göz yumuruq,
Vay o gündən verilə şeytanın fitvası, bizə.
Biz bizə üz çevirib yadlara açdıqca qucaq,
Olmadı zərrə qədər yadların vəfası bizə.
Elə bir dərdə giriftar elyiblər ki bizi,
Ruhu ölmüş bədənik, saxlayırlar yası bizə.
İndi hər kəs ürəkdə min bir ümidlə yaşayır,
Xoş gəlir zurnanın da uzaqdan sədası bizə.
Tövbə et, haqqa qayıt, haqqı bəyan eylə, Cinan,
Bunu fərman buyurub kainat mövlası bizə.