Fərizə- sədaqət simvolu...
...- Ay can, ay can, toydu bu gün. Böyük oğlan olasan ay İlham. Görüm sənin bax,bax (əli ilə qonşu uşağını göstərir) bu boyda totuş-motuş oğlun olsun inşallah.
- Sağ ol Sürəyya xala.
- Gəlsin oğlumuz İlhamla, gəlinimiz Fərizə oynasın ay can ay can. Yol verin ay cavanlar, yol verin oynasın bəylə gəlin. Sağ əliniz bütün gənclərin başına ay təzə bəy, təzə gəlin. O gün olsun mənim oğlumun toyunda belə oynayaq.
- Ay gözəl bəy, artıq gecdir, toyu yekunlaşdıraq.
- Nə deyim, öz qızının toyudu sən deyən olsun. Təki qızını mənə halal elə!..
Son sözü Fərizənin atası dedi: Oğlum İlham, qızım Fərizə. Qoy bu ev sizin nurlu ocağınız olsun. Qoy bu evdə yaşayacaq olan sizlər bütün gənc ailələrə örnək olsun ( İlhamla Fərizə bir-birinə baxıb gülümsünürlər).
... İlhamla Fərizənin toyu... Nə gözəl gündü o gecə. O gün 2 sevən qəlb bir-birinə qovuşdular. Çox sevirdilər bir-birilərini. Bunu evlənəndən sonra da sübut etdilər. Sevə-sevə yaşayırdılar.
... Lakin o gün...
... Çox keçmədi. Sovet Rusiyasının nəhəng "Qızıl Ordu"su Bakıya qoşun yeritdi.
... Yanvar ayının 19-u axşamı...
... İlham çöldə səs-küy eşitdi. Nə olmuşdu, bu nə səs-küy idi bilmək istədi. Tərslikdən televizor da göstərmirdi ki, xəbər öyrənə bilsin. Çölə çıxmaq istədi. Fərizəni səslədi:
- Fərizə, çöldə səs küydü, çıxım görüm nə olub.
Fərizə özünü İlhamın ayaqları altına atıb yalvarmağa başladı:
- İlham, qurbanın olum, getmə! Öldürərlər səni.
- Yox Fərizə, çıxım görüm nə olub.
- Öldürərlər səni İlham.
- Niyə öldürsünlər axı, qəribə söz danışırsan. Mən onlara bir şey etməsəm onlar mənə heçnə etməz. Mən getdim gülüm ev sənə əmanət.
- (Fərizə artıq fəryad etdi) İlhammmmmmmmm.....
... O hardan bilsin axı qarşısındakılar insanlıqdan xəbəriz olan canlılar qədər vəhşilərdir. Nə bilsin axı, onlar bura əliyalın, İlham kimi insanları öldürməkçün gəliblər...
Artıq gecə yarıdan keçib. İlham hələ də gəlməyib. Fərizə narahat halda ağlından cür bə cür fikirlər keçirtdi " Görən İlhama nə oldu?"... " Görən o ermənisifətlər İlhamın başına nə oyun açdılar?''.... '' Görən İlham nə vaxt gələcək?''
- Nə deyirsən ay qız?!
- Hə, hə, düzdü.
- Ay qız, düz deyirlər ki, İlhamın meyidi tapılıb küçədə?
- Nə bilim vallah elə eşitdim.
Şəhərdə söz söhbətlər gəzirdi. İlhamın ölüm xəbəri yayılmışdı. Bütün qonşular yığışıb Fərizəgilə başsağlığına gedirdilər artıq. Qonşular Fərizəgilin evinə çatmışdılar. İlhamın ölümünün Fərizəyə necə təsir edəcəyini düşünüb bir təhər olmuşdular. Qonşunun biri deyirdi:
- Heyf, səd heyf. Fərizə necə dözəcək bu xəbərə...
- İlham gözəl oğlan idi. Heyif ondan.
- Ay qız, bəlkə Fərizənin xəbəri var?
- Yox əşi...
- Birdən öyrənər, gedib özünə bir şey edər.
- Ağzını xeyirə aç ay zalım qızı!
- Hə, yaman narahat eləyir məni bu fikir Allah göstərməsin.
Artıq evə çatmışdılar. Əvvəl o biri küçədəki qonşu qapını döydü. Qapını açan olmadığı üçün məcburən içəri girdilər. Evdən səs səmir gəlmirdi. Deyəsən evdə yox idi Fərizə...
-... Vayyy!..- birdən qadınlardan biri qışqırdı- Aman Allah! Bu ki Fərizədir! Eyvah, yazıq Fərizə...
O həqiqətən Fərizə idi. O qadın sədaqətini illərlə yaşamaqdan üstün tutdu. O həyatını sevgiyə, sədaqətə qurban verdi. Azərbaycan tarixinin sədaqət dərsindən ən yüksək qiymət almışdı Fərizə. O, adaxlısı İlhamsız yaşamaqdansa ölməyi seçmişdi.
Və ən əsası o şəhiddir. O, Azərbaycan xalqı üçün özünə qəsd edən bir şəhiddir... O ölümüylə hər bir türk qadınının qəlbində sədaqət simvolu oldu. Fərizə Azərbaycan qadının iç üzü idi... Azərbaycan qadınının sahib olduğu sədaqəti bütün dünyada sübut etdi. Vaxt gələcəkdi hər bir ana övladına onu misal gətirib, onun kimi sadiq olmağı tövsiyyə edəcəkdi. Fərizə məhz o gün bütün azərbaycanlıların qəlbinə öz adını yazdırdı. Silinməyək heç vaxt bu ad. Və bir gün onların qatillərindən qisas alınacaq.. Onların qisasını qələmə almaq ümidi ilə....
25.01.2007. Neftçala...