Fərqli bir oyun
Muzafferus tərəfindən "Hekayə" bolməsinə 10:43 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Bütün daşlar yerinə otururdu bir-bir. Ama oyun hələ indi başlayırdı. Məğlubiyyətlə bitəcək digər oyunlar kimi təhlükəli, qələbəylə bitəcək ilk zəfər kimi öncədən təbəssümə boğan bir oyun. Sonu nə olur olsun. Xoşbəxtlik yolun sonunda deyil, üzərindədir. Ümidlə parıldayan iki cüt göz. Həyacanla titrəyən əllər. Burada iki rəqib yoxdu. Onlar anlamalıdılar ki, əsil rəqibləri oyundan kənarda olanlardır. Onlar anlamalıdırlar ki, əsil qələbə meydandakı rəqibini udmaqla yox, onun tərəfində olmaqla qazanıla bilər. Bu oyun digər oyunlar kimi deyil. Bu ümumiyyətlə oyun deyil. Ciddilik. Səmimiyyət. Dürüstlük. Hörmət.

Bir oyun düşün. Fərqli bir oyun. Burda rəqib kimi görünən iki tərəf var. Bu meydandan kənardakıların qələbəsi üçün zəmin yaratmaq məqsədiylədir. Bir oyun düşün. “Oyun” adlandırılaraq iştirakçıların duyğularını acizləşdirmək niyəti güdülür.

Bu bir sevgi oyunudur. İki qəlbə kiçik sevgi toxumcuqları səpilməsiylə başlar. Ya çətinliklərə təslim olmaqla məqğlubiyyəti seçib, toxumcuqları susuz, günəşsiz və torpaqsız qoyarlar. Bəzən sadəcə birinin əksikliyi belə toxumu məhv etməyə kifayətdir. Burda hər şey tam, qarşılıqlı olmalıdır. Ya da, problemlərə sinə gərib, elə ilk dəyqədən qələbəni yaşamaq, verilmiş müqəddəs hədiyyəni görmək, hiss etməklə qələbəyə çatarlar. Nəticə etibari ilə toxumları yetişdirib, budaqların bir-birilərinə qarışmasını gözləmək lazımdır. Qələbə gəldiyi an hər şey bitmir. Qələbə o deməkdirki, yetişmiş ağacların kölgəsində oturmaq vaxtıdır. Xoşbəxtliyi yaşamaq vaxtıdır.

Xoşbəxtlik yolun sonunda deyil, üzərindədir. Qələbə yolun sonuna çatmaq deyil, yolu tapmaqdır. Bu yol sonsuz bir yoldur. Yolu tapmaq: iki tumurcuğun yetişib ağac olması, budaqlarının bir birinə qarışmasıdır. Bu qələbədir. Yolda irəliləmək, artıq xoşbəxtliyi yaşamaqdır: artıq müqəddəs və sonsuz bərabərlikdir. Yolu yarım qayıtmaq isə, verilmiş xoşbəxtliyi görməyib, yolun sonunda ummaq, yolun sonsuz olduğunu anlayıb, təslim olmaq, həqiqətlərdən imtina etməkdir.

Öncə bir oyun oynanılır, fərqli bir oyun. Rəqiblərin əslində eyni tərəfdə olduqlarını anlamalrı üçün. İlk sınaqdır, çətin sınaqdır. Qələbəsi, sonsuz bir yolun aşikara çıxmasıdır. Ardından tapılan müqəddəs xəzinənin parıltısı gözlərini qamaşdırar bu iki oyunçunun. Sonra isə bu yolda yerimək gəlir, bərabərcəsinə.

Təbəssüm kiçik bir hədiyyədir əslində. Gözlərdəki gülüş möcüzədir sanki.

Oyunu ciddiyə almaq, rəqiblə səmimi olmaq, hər zaman dürüst davranmaq, həqiqətlərə hörmət etmək ümidi ilə. Uğurlar!


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0342 saniye