Fil Yuxusu
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 14:03 27 avqust 2018 tarixində əlavə olunmuşdur

Məhkəmə salonunda az da olsa, pıçıldaşmalar var idi. Çox adam hadisədən dəhşətə gəlmişdilər. Bəzisi anlamağa çalışır, bəzisi isə müqəssirə nifrət ilə baxırdılar. Hakimlər də salona
gəldikdən sonra hər kəs susdu. Amma salona girəndən bəri, müqəssir lal kimi dayanmışdı. Hakim müqəssirdən hadisəni ətraflı danişmağı tələb elədi. Müqəssir əvvəlcə danışa bilməsə də, sonra dili
açılmağa başladı...
Onun adı Rauf idi. Polis bölməsində çavuş vəzifəsində xidmət edirdi. Digərlərindən fərqli olaraq yoldaşını sevib evlənmişdi. Əvvəllər ata-anası bu izdivaca qarşı çıxsa da, sonralar öyrəşməyə
başladılar. Evlilikdən sonra uşaq problemi ailəni, daha doğrusu Raufun atasını-anasını biraz sarsıtdı.
Özüdə problem gəlindən qaynaqlandığından anasının əlinə deyinmək üçün fürsət düşmüşdü. Bu problemə görə ayrı bir ev tutub yaşamağa məcbur oldular. Anası onun boşamağını və ya ikinci qadını almağı təklif edirdi. Onun da nəvə oynadan yaşı idi. Qohum əqrabada demək olar ki, onun yaşında olan hər bir qadın artıq nənə olmuşdu. Amma Rauf Günayı o qədər çox sevirdi ki,nə onu boşaya bilər nə də
onu tapdalayıb ikinci bir qadını gətirə bilərdi bu evə. Raufa bu mövzuda ən çox dəstək olan insan kapitan Cəfərov idi. Raufla o qədər yaxın dost idilər ki, aralarındakı vəzifə fərqi onlar üçün önəmli deyildi. Bəzən
Rauf və yoldaşı onlara, bəzən də Kapitan Cəfərov ailəsi ilə birlikdə Raufgilə qonaq gələrdi. Kapitan Cəfərovun iki övladı var idi. Bəzən Rauf uşaqları oynayan və Cəfərova ata deyən məqamda görəndə köks ötürsə də, yenə də Günayı çox sevirdi. Uşaqları olmadığı üçün Günay da xəstəxanada tibb bacısı işləyirdi. Bəzən gecə növbəsinə qalmağa məcbur olurdu. Yenə də bir-birilərini çox sevirdilər. Günay Raufa uşaq verə bilmədiyi üçün çox üzgün hiss etdiyi vaxtlar olurdu. Amma Rauf onu sakitləşdirməyi bacarırdı. Bəzi günlər işdən çox yorğun gəldiyi vaxtlar olurdu. Bəzən çox aqresiv, bəzi günlər isə çox rahat və mehriban. Cəfərov isə qadını ilə çox xoşbəxt idi. Onun qadını Rauf və Günayın hallarına baxıb şükür edirdi. Yoldaşı Cəfərovun yaxşı mehriban ,anlayışlı bir kişi olduğu üçün qürur duyurdu. Cəfərov yoldaşı üçün nəsə alanda Raufla dükanları gəzər, Raufun məsləhəti ilə qır-qızıl alardı. Bir gün il dönümləri üçün Cəfərov qızıl dükanında 3000  manat qiyməti olan nazik boyunbağı aldı. Raufun belə imkanı yox idi yoldaşı üçün almağa. Aldığı maaş dolanmalarına və evin kirayəsinə gücnən yetirdi. Qarşıda toylar özünü göstərirdi. Günayın gecə nöbəsində olduğu vaxt
toy var idi-Raufun sinif yoldaşının toyu və çox xoşuna gələn qalstkunu tapa bilmirdi. Toyun vaxtına az qalırdı və qalstkunu tapmaması onu hövsələdən çıxarırdı. Şkafı eşələməyə başladı. Amma
yenədə qalstkunu tapmadı. Əsəbləşirdi. Paltarları eşələyəndə dərinlərdə,paltarların arasında bir qab tapdı.
Xatırladığına görə heçvaxt belə qabda Günaya nəsə almamışdı.
Qabın içini açıb baxanda gördüyündən dəhşətə gəldi. Qabın içində Cəfərovun yoldaşına aldığı boyunbağı var idi. Divarın dibinə çökdü. Nəfəsi daralırdı,heçnə fikirləşə bilmirdi. Əlini alnına qoyub gücnən nəfəs alırdı. Soyuqqanlılığını qorumağa çalışırdı. Boyunbağını qabı ilə birlikdə götürdüyü yerə qoydu. Paltarı da səliqə ilə qatlayıb qoydu yerinə. Artıq toy yaddan çıxmışdı. Bu halda toya gedə bilməzdi. Çarpayının üstündə oturub fikirləşdi. Özündən iyrənirdi. Mənəvi
çöküntü yaşayırdı. O qədər ağır gəldi ki hiss etdikləri,sonda paltarını çıxarmadan üzü qoylu yatdı. Səhəri gün evə gec gəldi.
Sahildə dolaşmışdı,götür qoy eləmişdi.. Kreditdən, bankdan zəhləsi getsə də müəyyən qədər pul götürməli
oldu bir tanışından silah almaq üçün. Silahı evdeki kassasina qoydu. Günay
yatmışdı o gələnə qədər. Hərənin öz açarı var idi. Mətbəxdə oturub nə qədər içsə də çiyərini yandırmadı,ağrısı o qədər çox idi ki, durub yellənə-yellənə yataq otağına gəldi. Qapıya söykənib Günaya baxdı. O qədər gözəl, o qədər məsum, o qədər mələk kimi görünürdü ki , yaxınlaşıb yanına oturdu. Saçını, üzünü sığalladı. Dodağını sıxanda göz yaşını tuta bilmədi və o sual biixtiyar dilindən çıxdi-...niyə?.. Sonra uzandı yerinə yatdı. Səhər
işdən icazə alıb tez gəlmişdi evə. Yemək stolunu bəzəmişdi. Günay gələnə qədər evin ortasına qızıl gül ləçəkləri səpilmişdi. Günay qapıdan içəri girəndə işığı yandıranda evi qızıl gül
ləçəkləri ilə görüb təəccübləndi..Raufun ,,Gözünü yum,, səsini eşitdi. Gözünü yumdu. Rauf əlindən
tutub stolun başına gətirəndə gözlərini açdı. Günay çox sevindi. Raufu qucaqlayıb öpdü. Rauf bunun süni sevinc olduğunu çox gözəl anlayırdı. Günay yemək yedikcə Rauf əlini çənəsinə qoyub Günayın
necə yemək  yediyinə baxırdı. Günay Raufun yemədiyini gördü. Təəccübləndi: 
-sən niyə yemirsən?
-Ac deyiləm sənə baxanda doyuram. 
-(Günay gülür) amma mən çox acam  
-Nuş olsun. İşlərin necə gedir?
-Normal. Həmişəki kimi. Səndə? 
- Əla..sənin kimi bir qadınım var. Gözəl bir işim var. Çox xoşbəxtəm. Dünyanın ən xoşbəxt adamı mənəm yəqin. Səni çox sevirəm.
Günay ,,sənin kimi bir qadınım,, sözünü eşidəndə  biraz utanan kimi
oldu. Amma sonra süni sözlərinə davam elədi:
-Mən də səni çox sevirəm, mən də çox xoşbəxtəm. Sənin kimi bir adamla evliyəm. 
-Bilirəm..-Rauf gülümsədi..
Günay yeməyini yeyərək şampandan da içirdi. Bir az keçəndən sonra yorğunluq çökdü üstünə. Stolu yığışdırmadan yuxuya getdi. Əslində Günayın yatmasına səbəb Raufun onun şampanına atdığı yuxu dərmanının təsiri idi. Günay yatandan sonra telefonunu götürüb bir az qurcaladı.Yad heç bir adamdan mesaj ya da zəng yox idi.Onun telefonuna aldığı gpsi yerləşdirdi ve öz telefonuna uyğunlaşdırdı.Artıq Günay harasa gedəndə onun xəbəri olacaqdı.Bir-iki gün hər şey normal görünsə də 3-cü gün, yəni Günayın gece növbəsinə qalacağını dediyi gün işdən həmişəki vaxtında çıxdı.Rauf onun evə gələcəyini düşündü,çünki Günay gecə növbəsinə qalmamışdı.Amma bir müddətdən sonra gpsin işarəsi Novxanı bağlarına doğru irəliləməyə başladı.Gpsin sürətli hərəkətindən Günayın maşınla olduğu bilinirdi.Rauf evdən silahını götürdü,güllələrinə baxdı.Silahı o yan bu yan yoxluyub qoydu belinə.Onların ardınca-Novxanı tərəfə gəldi.Gpsin durduğu yerə çatdi.Hasarları hündür olsa da ev az-maz görünürdü.Dəbdəbəli olmasa da normal 2 mertebeli ev idi.Bura gələnə qədər Rauf yolda nə edəcəyini planlamaq istəmişdi.Amma düşündüyü tek bir vardı:onun həyatini qaraldanların həyatını qaraltmaq.Hava qaralmağa başlayırdı.Hasarın kenarında dayanıb Günaya zəng elədi:
-Salam.neyniyirsen?
-Heç.sən?
-Qara köynəyimi tapa bilmirəm.hara qoymusan?
-Dəqiq yadımda deyil.Unutmuşam.İndi vacibdir?Baş həkim yanımızdadı təlimatlarını verir.Telefonu söndürməliyəm.Evə gələndə taparam-deyib telefonu söndürür.Rauf telefonu cibine qoyub hasara dırmaşmağa yer axtarır,tapır və içəri tullanır.Evin qarşısında Ceferovun maşını dayanmışdı.Həyətdə it olmadığından Raufun işi daha da asanlaşırdı.Səssizcə,yavaş-yavaş ətrafa göz gəzdirərək evə yaxınlaşdı.Evin əsas girişindəki qapı açıq idi.Daha doğrusu içəridən qıfıllamaq unudulmuşdu.Qapını açıb ses salmadan içəri keçdi.Ətrafa baxanda birinci mərtəbənin o qeder də təmirli olmadığını gördü.Birinci mərtəbədəki otaqlara göz gəzdirmək istəyirdi,amma yuxarıdan gülüş səsləri gəldiyi üçün fikrindən daşınır ve yuxarı çıxmağa tələsirdi.Rauf yavaş-yavaş pilləkənləri qalxdıqca necə iyrənc bir situasiya ilə qarşılaşacağını təsəvvür edirdi.Boğulmağa başlıyırdı.Yuxarı mərtəbədən-yataq otağından inilti və gülüş səsləri gəlirdi.O qədər iyrənc bir şeyə qapılmışdılar ki qapilari kilitləməyi belə unutmuşdular.Rauf yaxınlaşdıqca Günayın ve Ceferovun səsi daha aydın eşidilməyə başlıyırdı.Bu səslər Rauf üçün dünyanın en iyrənc şeyi idi.Onların səsini eşitdikcə hər şeydən iyrənirdi.Qapının ağzında durub onlara qulaq asırdı.Qapı bir az aralı qalmışdı.Günay Ceferovun üstündə idi.Əllərini onun sinəsinə sıxmışdı və inildəyirdi.
-Rauf indi elə bilir ki sən xəstəxanadasan?(gülür)
-Həə(gülür).telefonu da söndürdüm ki bezdirməsin..
-Səni sevirəm Günay.Öz qadınımdan belə daha çox həzz verirsən mənə.Rauf görək nə vaxta kimi yatacaq?(gülür)
-hələ çox...
Gülüşürlər..Rauf artıq onların otagında idi ve onlar həzzdən ətrafı bele görə bilmirdilər.Yerlərini dəyişmək üçün çevriləndə hər ikisi Raufu onlara silah tutmuş vəziyyətdə gördülər.İkisi də dəhşətə gəldi.Günay ağ örtüyü tez üstünə çəkdi.Eləcə də Ceferov.Bir qadın ilk dəfə idi ki, halalca ərindən bədənini gizlədirdi.Yox bu utanmaq deyildi.Bu ölüm qorxusu idi sadece.Günay heçnə deyə bilmirdi.Cəfərov danişmaq istəyədə Rauf silah olmayan əliylə dodağına şşş..sakitcilik nidası bildirdi:
-Fil yuxudan oyandı.Fillərin ən az yatan heyvan olduğunu bilirdiniz?Sadəcə mən ən axmağıyam. Bir az gec oyandım.Bəs fillərin onlar yatdığı zaman onları incidən insanları yuxudan duranda tapdaladıgını bilirdiniz?bilmirdiniz?bilin!!!
-Rauf,qardaşim-Ceferov danişmağa başladı-sakitləş.O əlindəki oyuncaq deyile.Gəl bunu danışaq həll eliyək.
-S...m sənin qardaş deyən agzini.Ay oğras, ay qəhbə balası mən səni qardaşdan yaxın bilib, hər şeyimi, hər problemimi sene dedim.Sən mənə gülürdün hə? həmişə mən sənlə danışanda sən mənə yuxaridan asagi baxirdin.həə?
Silahı Günay tərəfə tutdu.Gunay hıçqıra-hıçqıra ağlayıdı.
-Hələ buna bax.Günay??(Günay üzünü aşagi tutub hıçqıraraq ağlayırdı ölüm qorxusundan)Üzümə bax.Utanmaqdan keçib day.Üzümə baxx!!bilirsən nəyə təəssüflənirəm?Sənin kimi bir qəhbəni sevib özümə arvad elədiyim üçün.Sənin əsl üzünü görə bilmədiyim üçün.Mən sənin layiq olduğunu zənn elediyim hər şeyi elədim.Sənə görə ailəmdən keçdim.Övlad arzusundan keçdim sırf sənlə yaşamaq üçün.Bəs sən neynədin qarşılığında?qarşılığı bu idi?
-Rauf,Hər şeyi danışıb hell ede bilerik-Cəfərov qorxu ve təlaş içində danışırdı-bir səhvdi eləmişik.Bizi öldürüb türməyə düşmək istəyirsən?Orda çürümək istəyirsən?mənim də uşaqlarım var axı.
-Telefonunu at bura.
-Neynirsən?
-Sənə deyirəm ki telefonu at bura!!-Rauf qışqırır.
-Yaxşı,yaxşı.gələ-Cəfəov qorxa-qorxa telefonu yerdən Raufa tərəf sürüşdürür.Rauf telefonu götürüb onlara tərəf tutur ve hər ikisinin şəklini çəkir.
-Rauf,mənim arvad-uşağım var,ad sanım v var.Belə elemə.
-Arvadını uşağını düşünən adam bu poxu yeməz.-göndər-deyib telefonu atır pencereden çölə və sözünə davam eliyir:
-Əslində düz deyirsən Ceferov.Sizin Allah bəlanizi verib.sizə görə türməyə düşməyə dəyməz.
Silahi aşağı salır.Günay ve Ceferov rahatlaşır.Rauf geri dönüb getmək istəyəndə qəflətən çevrilir ve gülləlləri bosalda-bosalda bu sözləri deyir:
-Həyatımı s..dize!!!Həyatımı!!!
Ceferov ve Günay kəsilmiş toyuq kimi xırıldayıb qana qarışan örtüyün içinde can verirlər.Onların qanı isə Raufun üzüne sıçrayıb və heç vaxt ondan əl çəkməycəklər.Əl-üzünü yumadan ən yaxınlıqdakı polis bölməsinə gedib teslim olur...
Rauf ifadəsini bitirəndə hər kəs çaşqınlıqla ona baxırdı.Hər kəs dəhşətə gəlmişdi,hakim belə.Deməyə söz tapmırdılar.Dilə gətirməsələr də daxildə bir səs onlara Raufun haqlı oldugunu deyirdi,am ma qanunən o cinayetkar idi ,qəsdən 2 insanı qətlə yetirmişdi.Hər kəs ayağa qalxdı və hökm oxundu:Qəsdən adam öldürme maddesi ilə 14 il azadlıqdan məhrum edilmə.Hökm bitəndən sonra Rauf hakimə üzünü tutdu:
-Cənab hakim,ədalətli qərar verməyinizdən qəti şübhəm yoxdur.Adam öldürmüşəm və cezasını çəkməliyəm.Bəs siz mənim yerimdə olsaydız nə edərdiz?!
Hər kəs çaşqınlıqla Raufa baxırdi ki, bu dəlidir nedir?Hakimə belə sual verməkmi olar?Raufu penitensiar xidmət maşınına mindirib apardılar.Hakim isə dəhlizdə dostu ile dayanıb söhbət edirdi.Dostu hakimdən utana-utana soruşdu:
-Əslində dostum olduğun üçün sənə bu sualı vermək bir az etik çıxmaya bilər.Ona görə də məni yalniş anlamağını istəmərəm.Raufun yerində sən olsaydın nə edərdin?
-Bilirsən,səmimi olacam.Raufun yerində olsaydım,mən ondan daha artığını edərdim.Bes sən?
-elə mən də...
Onlar bir az da söhbət etdilər və sağollaşıb ayrıldılar.Hakimin dostu məhkəmə binasından çıxandan sonra telefonunda əzbər bildiyi nömrəni yığdı.Bu nömrə hakimin cavan yoldaşının nömrəsi idi...
-Bir müddet görüşməsək daha yaxşı olar....


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+15=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0279 saniye