Filmin sonu
Ceyhun Məmmədov tərəfindən "Digər yazılar" bolməsinə 08:17 02 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Hərdən səssiz qalmaq istəyirsən, avtobusun bir kənarında əyləşib yolu tamaşa edərək, xəyali dünya da öz filmivə baxırsan, həyatın senaryosunda bəzən roluvu tək oynayırsan. Bilirsiz roluvuzu nə zaman tərk edirsiz? İntihar edəndə. Rolu tərk etməklə, rolu bitirmək arasında fərq var. Rolu bitirmək, gözlənilmədən ölmək deməkdir. Amma intihar edirsənsə, deməli istəyərək, gözdüyərək ölürsən, onda rolu tərk etmək sayılır. Təsəvvür edin ki, tavana asdığıvız ipə möhtac olaraq, aciz bir şəkildə ipin sizi öldürməsini gözdəyirsiz. Ona görə də ən yaxşısı gözlənilmədən ölməkdir. Bəs bilirsiz roluvuz nədən ibarətdir? Hər kəsin rolu bir tərəfdən eynidir. Bu rol yaşamaqdan, normal nəfəs almağa çalışmaqdan, məntiqli bir həyatı oynamaqdan ibarətdir. Bu sadaladıqlarım hər kəsin oynamalı olduğu ümumi rollardır. Sonra fərdi rollar var. Bu hər bir insana görə dəyişir. Fərdi rolları insan özü seçir. Heçnə və heç kim fərdi rollara qarışa bilməz. Sonda pərdələr bağlanır. O, pərdələrin bağlanmasını gözləməlisiz. Pərdələr hər kəs üçün fərqli vaxtlarda bağlanır. Hər kəsin filmi gözlənilmədən bitməlidir. Filminizi də özüvüz çəkirsiz. Filmin sonunu da gözləməyi unutmayın...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0439 saniye