Filosofların həyatı - 2 ci yazı
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 12:00 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

Arxidam Sparta hökmdarı Arxidamın iki yaxın dostu öz aralarında konfliktə girirlər və bu düşmənçiliklərini həll edə bilməyəcəklərini görüb Arxidamı bu məsələdə özlərinə hakim seçirlər. O da öz növbəsində onları məbədə gətirir, and içdirir ki, onlar sözsüz olaraq onun qərarına tabe olacaqlar. Onlar həqiqətəndə and içirlər. Bundan sonra Arxidam deyir: — Bax belə. İndi də mənim qərarımı dinləyin: bir-birinizlə barışmayınca bu məbəddən bayıra çıxmayın. Birisi Zenona deyir ki, məhəbbət müdriklərə layiq iş deyil. Onda Zenon etiraz edib deyir: — Əgər bu belədirsə, onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir, çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

Alkivid Hökmdar Alkivid bir dəfə özünün ən istəkli itinin quyruğunu kəsir. Bunun səbəbini soruşanda deyir: — Qoy adamlar bir müddət də, məndən danışmaqdansa, itimdən danışmaqla məni rahat buraxsınlar.

Demokrit Məşhur yunan filosofu Demokrit (e.ə.460-370) demişdir: «İnsan bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızıl deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.» «Həkimlik sənəti xəstəyə şəfa verir, fəlsəfə isə insan qəlbini ehtiraslardan təmizləyir.» «Xoşbəxt adam var-dövləti olan deyil, dövlətə ehtiyacı olmayandır.» Deyilənlərə görə, Demokrit 102 il yaşamış və ölərkən bildirmişdir ki, o özü ölmək istəyir və əgər istəsəydi, daha çox yaşaya bilərdi. Bunları dedikdən sonra o üzündə təbəssüm ifadəsi ilə dünyasını dəyişmişdir. Demokrit (e.ə. 460-350) tibb elminin atası hesab edilən Hippokratın ona gətirdiyi südə baxaraq, onun qara rəngli inəyin südü olduğunu demiş və düz tapdığı üçün hamını heyrətdə qoymuşdur. Demokrit şərəfsiz adamların necə şan-şöhrətə çatdığını görmək istə­mədiyindən qoca yaşlarında olarkən günün işığını güzgü ilə gözlərinə salıb özünü kor etmişdir.

Krez. Lidiyanın keçmiş hökmdarı Krez (e.ə. 546) xalqını köləlikdən xilas etmək üçün Kirə belə məsləhətlər vermişdi: «Lidiyalıların bir daha üsyan etməsini istəmirsənsə, belə et: Carçılar göndərib onlara yaraq-yasaq gəzdirməyi qadağan et. Sonra da, əmr et ki, plaş altından xiton (tuman) və ayaqlarına da hündür çəkmə geysinlər. Tapşır ki, uşaqlarına gitara və lira çalmağı öyrətsinlər və hamısı da xırda alverlə məşğul olsunlar. Belə olarsa, az vaxtda Lidiya kişilərinin necə dönüb arvad olduqlarının şahidi olacaqsan və onda bir daha üsyan təhlükəsi olmayacaq. «Kişiləri arvada döndərən bu məkrli məsləhətin nəticəsi bu oldu ki, çox keçməmiş Lidiya xalqı doğrudan da, tamam əriyib yer üzündən silindi.

Seneka «Lutsiliya əxlaqi məktublar»ında yazır: «Lutsiliy nəyimiz varsa, onun heç biri bizim deyil, yalnız bircə vaxt bizimdir. Yalnız vaxt, axan vaxt bizi təbiətə sahib etdi. Necə yazırsan, elə də elə, bircə saatı da boş keçirmə. Haydı mənim Lutsiliyam.»

Dionisi-ninqoca anası ərə getmək arzusunda olduğunu bildirir: «Mənim dövlət qanunlarını dəyişməyə gücüm çatar, ancaq təbiət qanunlarını heç cür» — deyə Dionisi cavab verir. Öz zülmkarlığı ilə məşhur olmuş Sirakuz hakimi I Dionisi (e.ə.406-367) bəzən şeir yazar və əsərləri haqqında başqalarının fikrini bilmək istərmiş. O, yazdığı şeirlərinin şair Filoksen tərəfindən tənqid edildiyini eşidib şairi daş karxanalarında işləmək cəzasına məhkum etmişdi. Filoksen bir müddət daş işində işləmiş və bir gün Dionisi tərəfindən saraya çağırılmışdı. O, saraya gəldikdə hökmdar şeirlərini bir də oxumuş və şairə müraciət edərək: «Şeirlərim necədir?» — deyincə, Filoksen cavab vermədən saraydan çıxıb getmək istəmişdi, bu vaxt Dionisi: «Haraya gedirsən? — deyə soruşduqda: «Daş karxanasına» — cavabını almışdı.

Diogen Qədim yunan filosofu Diogenin(e.ə.404-323) heç bir yurd-yuvası olmayıb. Rəvayətə görə, çəlləyin içərisində yaşayıb. Su içmək üçün bircə camı varmış. Bir dəfə bir nəfərin ovuclarıyla su içdiyini görəndən sonra bu camı da atır. Afinalılar şərqdən gətirilmiş əsirləri soyundurub paltarlarını ayrı satmağa başlamışdılar. Paltara çoxlu müştəri tapılmış, əsirləri isə alan olmamışdır. Bunu görən Diogen: «İnsan nə qəribə məxluq imiş? Xarici bəzəkdən ayrılandan sonra pula getmir!» — demişdir. Diogen 90 ilə qədər yaşayıb. Onun bizə qədər külli miqdarda aforizmləri və hikmətli atmacaları çatmışdır. Rəvayətə görə, Makedoniyalı İskəndər şöhrətini eşidib onun görüşünə gəlir. Bir qədər tamaşa edəndən sonra böyük sərkərdə ona deyir: Filosof nə arzun var, de, yerinə yetirim? Arzum odur ki, günün qabağından çəkiləsən, bir az qızınım» — deyərək Diogen cavab vermişdir. Diogen bir nəfərin ox ataraq hədəfi vura bilmədiyini gördükdə, gedib hədəfin yerində dayanır. Bunu görənlər: «Filosof nə üçün belə edirsiniz?» — deyə soruşurlar: «Hədəfi nişan alıb kənarda məni vurmasından ehtiyat edirəm,» — deyə Diogen cavab verir. Diogendən soruşurlar: «Həqiqətlə necə davranmaq lazımdır?» — «Odla davranan kimi» — deyə filosof cavab verir — «Çox yaxınlaşarsan yandırar, çox aralanarsan üşüyərsən.» Bir dəfə çirkli bir hamamın sahiblərinə Diogen belə deyib: «Sizdə çiməndən sonra harda yuyunmaq olar?» Qədim yunan filosofu Diogenə deyəndə ki, «Sən artıq qocalmısan, istirahət elə». O isə: «Necə yəni? Əgər mən yarışda qaçıramsa və finişə yaxınamsa, demək, mən qüvvəmi səfərbər etmək əvəzinə dayanıb durmalıyam? — cavabını vermişdir. Ondan soruşanda ki, niyə dilənçiyə sədəqə verirlər, amma filosofa yox? Diogen belə cavab verib: «Çünki onlar bilirlər ki, nə zamansa gözdən kor və ya qıçdan şikəst ola bilərlər, filosof isə yox.»

Arximed Amerika fiziki V.Voyskopora görə Arximed dövründən zəmanəmizə qədər aparılmış fundamental tədqiqatların dəyəri təqribən 30 milyard dollardır ve bu da ABŞ sənayesinin 12 gündə buraxdığı məhsulun dəyərindən azdır. Bizim əsrin 212-ci ilində Roma əsgərləri Arximedin evinə daxil olurlar. Arximed bu zaman işləyirdi, ona görə də əsgərlərdən xahiş edir ki, bir müddət möhlət versinlər, fikrini tamamlasın. Ancaq əsgərlər onun əşyalarını dağıdırlar. Arximed isə «Mənim əşyalarıma toxunmayın!»- deyərək onların üstünə qışqırır. Əsgərlər bununla özlərini təhqir edilmiş hiss etdiklərindən Arximedin başını kəsirlər. Onun qanı stolun üstündəki əsgərlərin üstünə axır. Qədim yunan riyaziyyatçısı Arximed (e.ə.287-212) ling qanununu müəyyən etdikdən sonra: «Mənə istinad nöqtəsini verin, yer kürəsini yerindən oynadım!» — demişdir. Arximed öz dövründə o qədər də yüksək qiymətləndirilməyib. Hətta əsərləri də it-bata salınıb və uzun müddət belə hesab olunub ki, Arximed özündən sonra heç bir əsər qoymayıb. Onun əsərləri yalnız orta əsrlərdə aşkar olunub.

Pifaqor Qədim yunan riyaziyyatçısı və filosofu Pifaqordan (e.ə. 580-500) soruşurlar: «Səbəb nədir ki, alimlər varlıların yanına gəlib görüşürlər, lakin varlılar alimlərin yanına getmir və onların söhbəti ilə maraqlanmırlar?» O dedi: «Çünki alimlər sərvətin qədrini bilirlər. Lakin varlılar elmin qiymətini anlamırlar.Pifaqorun şagirdlərindən olan Finti adlı birisini Sirakuzun hökmdarı Dionisiyə qarşı sui-qəsddə günahlandırıb edama aparırlar. Finti ölüm qabağı xahiş edir ki, ona bir az möhlət versinlər, əmlakını yerbəyer edib gəlsin. O qayıdana qədər isə dostunu zamin saxlaya bilərlər. Belə bir dostunun tapılmasına inanmayan Dionisi əmr edir ki, Finti öz zaminini çağırsın. Məlum olur ki, bu adam Pifaqorun başqa bir şagirdi Damondur və o, dostunu əvəz etməyə tərəddüdsüz razıdır. Dionisi edam vaxtını təyin edib Fintini buraxır. Nəinki tiran, hətta meydanda olanların hamısı bu hadisənin nə ilə qurtaracağını səbirsizliklə gözləyir: Finti edama qədər özünü yetirəcəkdimi? Yetirir də. Düz təyin olunmuş vaxtda təngənəfəs meydana tərəf qaçan Fintini camaat alqışlayır. Bu cür dostluq nümunəsi görən Dionisi isə nəinki Fintini azadlığa buraxır, hətta xahiş edir ki, dostlar onu da öz sıralarına götürsünlər. Pifaqorun iki məhşur fikri fəlsəfə tarixində dərin iz buraxmışdır. Pifaqorun fikrincə, ruh ölməzdir. Dünyada baş verən bütün hadisəler müəyyən fasilədən sonra yenidən təkrar olunur. Ümumiyyətlə, təzə heç bir şey baş vermir. Gəncliyində Pifaqor təhsil almaq üçün Misirə gedir və sonradan onu dahiyə çevirmiş bir çox elmlərin əsaslarını orada Misir kahinlərindən öyrənir. Həmin dövrlərdə İran dövlətinin Misirə yürüşləri başlanır və bir çox misirli ilə birlikdə Pifaqor da farslara əsir düşür və uzun müddət İranda əsir qalır. Sonradan onun yaydığı mistik biliklərin əsaslarını da burada İran maqlarından öyrənir


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0363 saniye