Fitilsiz fitile
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:59 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir millətin dilini,dinini,irqini,adət-ənənəsini məsxərəyə qoymaq ən böyük şərəfsizlikdir.Təəssüflər olsun ki,bəzi şovinist xislətli varlıqlar,bu dəyərlərin fərqində deyillər.Bu günlərdə,35 milyondan artıq türklərin yaşadığı İranın 5-ci dərəcəli televiziya kanalında efirə gedən “fitile”adlı uşaq verilişində baş verənlər,sözün tam mənasında bir rəzalət idi.Əsrlərin sınağından çıxan,ulu əcdadlarımızdan bizə müqəddəs miras olan,yaranışından üzü bəri qoruduğumuz ana dilimizə qarş qonşu dövlətin ortaya qoyduğu televiziya “işi”tərbiyəsizliyin bariz nümunəsi idi.Verilişin ana dilimizlə bağlı olan hissəsini izlərkən,mədəni həyatdan uzaq, savadsız və təcrübəsiz 2-3 adamın özlərini bambılı halına saldıqları,qaş düzəldirik deyərkən,öz gözlərini kor etdiklərinə şahid oldum.Bu,İran İslam Respublikasının ölkəmizə,millətimizə,dilimizə qarşı etdiyi ilk sayğısızlıq deyildi.Ancaq,bu dəfə qonşu ölkənin başı boş televiziyonçuları bir az irəli getdilər.Tam əbləhlərə yaraşacaq bir şəkildə hərəkət etdilər.Bəsit tərzdə hazırlanmış “səhnəcik”də,doğru-dürüst tələffüz edə bilmədikləri cümlələrlə azərbaycan türkcəsini məsxərəyə qoymaq cəhdləri alınmadı.Ağızdan gələn pis qoxuya gəlincə,görünən odur ki,bu iki-üç şovinist fars mütrübləri səliqə-səhman,təmizlik məsələlərində azərbaycan türklərinin hansı mərtəbədə olduqlarını dürüst fərq etməyiblər.Bir də ki,insanın nəfəsindən gələn bəd qoxu faciə deyil,bunu bir yolla həll etmək mümkündür,vay o günə ki,insanın zehni üfunət iyi verə.Bir sözlə,fars “televiziyonçularının”ərsəyə gətirdiyi “səhnəcik”bütün boyutlarda tərbiyəsizliyi və qanmazlığı özündə ehtiva edirdi. “Fitile”nin yumor adı altında hazırladığı “səhnəcik”,bu dəfə də,acınacaqlı halda uğursuzluğa tuş gəldi.Çox keçmədən kanal rəhbərliyi Azərbaycan türklərindən üzr istədi.Baş verənlərdən sonra,bu cür addımların atılması,bir daha İrandakı KİV-lərin hansı səviyyədə olmasını bariz şəkildə ortaya qoydu.Fitilsiz lampaya bənzəyən,bu yararsız veriliş bağlandı.Fitili olmayan lampa qaranlıq otağı işıqlandıra bilmədiyi kimi, “fitile”də,təmsil etdiyi kanalı zülmətə qərq etdi.


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0203 saniye