Foqts məsələsi
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 00:34 26 oktyabr 2013 tarixində əlavə olunmuşdur

Müasir dövrdə Azərbaycan əhalisi dörd hissəyə bölünür: Berti Foqtsun qalmasını istəyənlər; getməsini istəyənlər; millimiz udanda qalmasını, uduzanda getməsini istəyənlər və bu məsələ ilə maraqlanmayanlar. Dördüncü qrup insanlara yazımda yer ayırmaq fikrim yoxdur. Əslində, digər qrup insanlar haqqında da danışsam, bu, oxucular üçün maraqlı olmaz. Ona görə, birbaşa keçirəm məsləyə - Foqts məsələsinə.

Foqts məsləsi son dövrlərdə Azərbyacan futbolu üçün olduqca vacib və aktual məsələdir. İlin sonunda millimizə rəhbərlik edəcək şəxslə müqavilə müddətinin bitəcəyini nəzərə alsaq, məsələnin əhəmiyyəti daha da artır. Almaniyalının getmə vaxtı yaxınlaşdıqca onun haqqında yekun qərarla bağlı müazakirələr də səngimək bilmir. Müzakirələrin formaları fərqli olsa da, əsas istiqamət eynidir: Foqts getsin, ya qalsın? İlk baxışdan çox çətin görünən bu dilemmanın nəticəsini sadələşdirmək üçün Foqtsun fəaliyyətinə qısa nəzər salaq.Almaniyalı mütəxəssis komandaya rəhbərlik etməyə başlayanda ilk vaxtlar uğursuz nəticələrlə yadda qaldı. Media isə məşqçinin üstünə “cumdu”. Halbuki, buna qədər də Polşaya 0-8 hesabı ilə uduzan eyni komanda idi. Düzdür, onda da hücumlar olurdu, ancaq bu dəfəki hücumlar daha mütəşəkkil xarakter daşıyırdı. Buna səbəb kimi Foqtsun qazandığı pulları göstərmək olardı. Vaxt keçdikcə komandada müəyyən dəyişikliklər baş verdi. İlk vaxtlarda dəyişikliklər çox sadə görünsə də, müəyyən müddətdən sonra oyunda ardıcıl pas verməyi bacaran komanda gördükdə fərqi hiss eləmək mümkün oldu. Daha sonra millimizin vurduğu qollara heyran olmağa başladıq. Artıq 0-8 yox, 1-6 hesabı ilə mğlub olurduq.  Bir az da vaxt keçdi və millimiz az top buraxmağa başladı. Artıq 1-6 yox, 1-3 hesabı ilə uduzurduq. Bir az da vaxt keçəndən sonra isə artıq qol buraxmamağı öyrəndik. Təsadüfi deyil ki, ötən tsikldə komandamız yalnız son oyunda ilk hissədə qol buraxdı. Bu qeyri-adi statistika nəticə etibarilə də uğur qazanmağımıza səbəb oldu. Millimiz 7 dəfə yox, cəmi 3 dəfə məğlub oldu. Özü də bu məğlubiyyətlər qrupun favoritləri ilə oyunlarda qeydə alındı. 6 oyunda heç-heçə etdik. Bu Avropada keçirilən DÇ-2014-ün seçmə mərhələsində rekord göstərici idi. Arzulayardıq ki, bu göstərici 1 xallıq yox, 3 xallıq olardı, amma qeyd etmək lazımdır ki, qələbəsiz də qalmadıq. Gözəl oyun müqabilində Şimali İrlandiyanı əliboş yola saldıq. O Şimali İrlandiya ki, səfərdə 96-cı dəqiqəyə qədər 1-0 hesabı ilə üstün idik. Həmin oyunda komandamız bir neçə saniyə dözsəydi və hesabda öndə olduğu oyunlarda nəticəni qoruyub saxlaya, Lüksenburla oyunlarda 4 xal itirməsəydi, bəlkə də, indi tamam fərqli başlıqda yazı yazacaqdım. Amma təəssüflənməyə dəyməz. 9 xal toplayaraq tarixinin ən yaxşı göstəricisinə nail olan millimizi alqışlamaq olar. 

Deyəsən, çox təriflədim. Bu, ədalətli deyil, deyə düşünürəm. Ona görə, bədnam qonşularımızın son iki seçmə tsikldəki oyunlarını xatırlayıb Foqtsdan çoxlu-çoxlu qələbələr tələb edirəm. Danimarkanı 4-0 udmasaq da, heç olmasa, Bolqarıstanı 2-1 udaq. İtaliya ilə səfərdə heç-heçə etməsək də, heç olmasa, Çexiyanı məğlub etməyi bacaraq. Qrupda 9 xalla 4-cü yox, 13 xalla 5-ci yeri tutaq. Qələbəyə acıq. Özü də çox acıq. O qədər acıq ki, Portuqaliya ilə oyunda qələbə gözləyirik. Əslində, bu bizim haqqımızdır. Fərq etməz, Braziliya, və ya Lüksemburq olsun. Futbol müasir dövrdə elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, azrtıq zəif komanda yoxdur. Hamı futbol oynaya bilir. Biz də oynayırıq. Amma yaxşı oynamırıq. Düşünmək olar ki, əhalimizin ikinci qrup insanları, yəni Foqtsun getməsini isətəyənlərin Foqtsun getməsini istəməsinin də əsas səbibi onların qələbə iştahının lazımi səviyyədə doyuzdurulmamasıdır. Bəs Foqts getsə, onlar doya biləcəkmi?Düşünmürəm... Foqts illərdir yeni bir komanda formalaşdırıb. Nə qədər də olmasa, almandır. Bizimkilərdən fərqli, almanlar nizam-intizamlı olurlar. İstənilən işdə uğur qazanmağın əsas yolu da intizamdan irəli gəlir. Buna görə, düşünmək lazımdır: Foqts getsə, kim gələcək? Gələn nə edəcək? Məncə, Foqtsun etdiyindən artığını edən olmayacaq. Yerli mütəxəssislərdən Qurban Qurbanovun posta gətirilməsini tələb edirlər. Ancaq Qurbanovun gələcəyi indiki şəraitdə inandırıcı deyil. Milli komandaya rəhbərlik etmək böyük məsuliyyətdir, uğur qazanmaq da çox çətindir. “Qarabağ”da gözəl nəticələrə imza atan və azarkeşlərimizin könlünü oxşayan məşqçinin nüfuzunu qoruyacağı daha inandırıcı görünür. Xarici mütəxəssis gələcəyi təqdirdə isə, hər şey məhv ola bilər. Yəqin, çoxları mənlə razılaşar ki, futbolumuz dünya arenasında məşhur deyil və gətiriləcək xaricinin futbolçularımızı tanıması üçün böyük bir vaxt tələb olunacaq. Həmçinin, düşünmürəm ki, bizə Foqtsdan artıq xeyir verə biləcək biri tapılsın. Foqts artıq bizimkidir. Məncə, bir az da vaxt verməyə dəyər. O, bizə qol vurmağı, pas ötürməyi və xal qazamağı öyrədibsə, qələbə qazanmağı da öyrədə bilər. 


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye