Fransanın Çiçəkləndirilmiş Kəndləri
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 19:38 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Müharibə hər bir xalqın mənəvi məhvinə gətirib çıxaran amillərdən ən başlıcasıdır. Ağır itkilər vermiş bir xalqın mənəvi durumunu yaxşılaşdırmaq asan bir iş deyil. Müharibədən çıxmış bir ölkənin yenidən ayağa qalxması, inkişaf etməsi üçün ona stimul verən amillərin olması vacibdir.

Tarixi ərzində uzun sürən müharibələr yaşamış Fransa, əhalisini müharibənin ruh düşkünlüyündən qurtarmaq üçün müəyyən çıxış yolları axtarmaq məcburiyyətində qalır. Buna görə də Fransadan başlayan və bir çox Avropa ölkələrinə yayılan “Çiçəkləndirilmiş Kəndlər” hərəkatı yarandı.

“Villes et Villages Fleuris” yəni Azərbaycan dilində “Çiçəkləndirilmiş kəndlər və qəsəbələr hərəkatı” Fransadan başlayaraq Avropada 10-dan çox ölkəyə yayıldı. Bu hərəkat haqqında çoxlarının məlumatı olmasa da ,“Çiçəkləndirilmiş Kəndlər” hərəkatı tarixin ən böyük ekoloji kampaniyasıdır.

Bu kəndlərin yaradılmasında məqsəd Birinci Dünya Müharibəsi zamanı həddindən artıq itki vermiş fransız xalqının əhvalının yüksəldilməsi idi. Bu hərəkat İkinci Dünya müharibəsinin başladığı 1939 ilinə qədər davam edirdi. Daha bir müharibənin başlanması, həm də birbaşa olaraq Fransa torpaqlarını da təhlükə altına atması demək olar ki bütöv bir xalqı mənəvi olaraq iflic etdi.

Almanların xüsusilə göz dikdiyi Elzas Lotaringiya 70 il ərzində həm Fransanın, həm də Almaniyanın əsarətində olduğu üçün hər iki regionun əhalisi həddindən artıq itki verdi.

Müharibə sona çatıb, Elzas yenidən Fransaya qaytarıldıqdan sonra ölkənin o vaxtkı prezidenti və Fransa Milli qəhrəmanı General Şarl de Qoll xüsusilə Elzasda xalqın əhval-ruhiyyəsini artırmaq üçün 1950 cil ildən başlayaraq “Çiçəkləndirilmiş kəndlər”layihəsini sürətləndirir. Fransanın Elzas bölgəsindən başlayaraq bütün dünyaya yayılan bu aksiya müharibənin külləri yerinə ölkə kəndlərini gül çiçəyə qərq edir.


1950-ci ildə 600 kəndlə başlanılan çiçək hərəkatı, 1972-ci ildə 5 min, 2005-ci ildə isə 10 min, 2010-cu ildə isə 3842 kənd artıq gül çiçəyə qərq olur.Çiçəkləndirilmiş kəndlər hərəkatının başqa bir məqsədi mövcud olan çiçək növləri mirasına sahib çıxmaq və onları inkişaf etdirmək idi.

Fransanın iqlimi və təbiəti müxtəlif olan bölgələrindən gətirilmiş bu çiçək növləri xüsusi diqqət tələb edirdi. Şəhərə turistlərin marağını artırmaq üçün bu çiçəkləri təkcə eyvanlardan asmaqla kifayətlənmir, eyni zamanda parkların, mağazaların, küçə və xiyabanların ətrafını bəzəyirdilər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+36=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0333 saniye