Gavin Pretor-Pinney: Buludlarla əyləncə
Uşaqkən ən sevdiyim şeylərdən biri pambıq şəkər, digəri də pambıq kimi buludlar idi. Pambıq şəkərin pambıqdan düzəldilmədiyini öyrənmək, hər uşaq kimi məni də xəyal qırıqlığına uğratsa da, buludlar həmişə xəyallarımın çox uzağında idi. Həm boşa deyildi bu sevgim, çünki "Səmaya bakmayanların ürəyi daha tez çirklənər" -deyən Zərifoğlu necə də gözəl söyləmişdi.
İnsanoğlunun çata bilmədiyi, bəlkə də, buna görə çirkləndirmədiyi tək şey buludlardı. Baxmağı pulsuz olan, pulsuz olduğu üçün bəsit sayılan; aldığımız nəfəs kimi varlığına öyrəşdiyimiz, öyrəşdiyimiz üçün çox vaxt yox saydığımız səma. Halbuki, gözlərimizin bu dünyada görə biləcəyi ən gözəl şey səma və buludlardı.
Bu görə "yuxarı baxın, gündəlik gözəlliklərə heyrət edin" - deyir Gavin Pretor-Pinney. Çox adi olan, hər gün olan, adi olduğu üçün hər kəsin qaçırdığı şeylərə diqqət edin deyə əlavə edir.
Özümüzü daima məşğul hiss etdirən "rəqəmsal" dünyanı bir kənara buraxıb, ruhuna bir yaxşılıq et və başını yuxarı qaldır. Göy üzü hələ də sənindir! Göy üzünü görə bildiyi qədər azadsan! Səmanın heç bir "pul qabına" sığmadığını xatırla və azadlığının dadını çıxar.
Buludlar deyirəm... Bu dünya üçün çox gözəldir...
Çevirdi: Aysel Abdullazadə