Gecə-gündüz
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 00:35 25 fevral 2015 tarixində əlavə olunmuşdur

Yarım, məni yad eylə sən hər an, gecə-gündüz.
Fürsət elə, gəl yanıma mehman gecə-gündüz.

Çəkmə sınağa hicrin ilə qalmadı tabım,
Yandırdı məni həsrəti-hicran gecə-gündüz.

Əsdi külək zülf ətrini hiss etdim o dəmdə
Sandım ki, gülüstan olub hər yan, gecə-gündüz.

O gül cəmalın nur ələyir şəmsü-qəmərtək,
Dövr eyəyir ətrafına cahan gecə-gündüz.

Eşqin məni bimar eləyib çarəsi - vəslin
Həm ruh diləyir, həm də ki cisman gecə-gündüz.

Sənsiz keçən hər gün mənə bir ilə bərabər,
Dünyam da olubdur dəxi zindan gecə-gündüz

Canan ilə vüsala yetirsən məni, Yarəb,
Duaçı olar lütfünə Cinan gecə-gündüz.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0223 saniye