Gecə uzun, gecə səssiz
Məkanımız sonsuz dəniz
Arzuların qanadında
Səmaları yara-yara
Hey uçuram
Uzaqlara, yaxınlara
Mən dalıram xəyallara
Həyatımda olub – keçən
Yaxşılara, yamanlara
Sözüm yoxdur
Arzum çoxdur
Nə yaxşıki səndə varsan
Mənim üçün doğulmusan
Bəlkə gizli, bəlkə aşkar
Sənin üçün məndə varam.
Bilirəm ki, qovuşmarıq
Bu dünyada
Amma
Yenə ümidim var,
Birdə gizlı bu sevgim var
Bilirsənmi?
Xəyalımda yol gedirik,
Əl-ələ biz
Gecə uzun, gecə səssiz.