Gecə yağışı
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 19:42 29 iyun 2016 tarixində əlavə olunmuşdur

Qovur dəli küləklər
bulud dəstələrini
səmanın kənarına,
Pıçıldar zülmət gecə
buz kəsmiş sevgisini
tək-tənha küknarına.

Alabəzək yarpaqlar
çaylarda cərgə tutub
üzür bilinməzliyə,
Səmanın göz yaşları
kürəyini üşüdür,
soyuq həsrəti ilə.

Zülmət bürüyüb tamam
Həyatın ağ üzünü
Al baharın dərdidi
Göydən yerə süzülən
Yerə, görə nə var ki?
Payız çəkir hüzünü...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0234 saniye