GECƏ
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 16:04 04 aprel 2015 tarixində əlavə olunmuşdur

Saldı qara çadrasını yenə başına,
Aləmi bürüdü zülmətə gecə,
Deyirlər şəfadır xəstə qəlblərə,
Yaxşı çarə qılır səhhətə gecə.

Eşqdən küsənlərin dərd ortağısan,
Səni həmdəm bilir asi bəndələr,
Günün ən gizli, ən sirli çağısan,
Layiqsən xoş sözə rəğbətə gecə.

Qır bu zəncirləri, yasaqları qır!
Təsəlli tapsınlar səni umanlar,
Aşiqlər içində öz yerin vardır,
Bax sənə olan hörmətə gecə!


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+16=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0295 saniye