Gecədir...Qar yağır
narın-narın.
Düşünürəm sənsiz sənli günlərimi
Üzərində ağ qarın
İri hərflərlə yazdım adını...
Qar isə yağır,
narın-narın,ağır-ağır.
Bir azdan heç nəpozulacaq
qar üstündən sənin adın.
Onu ancaq ürəyimin divarlarına
yazmaqla qoruyaram
həmişəlik,əbədi...
13.02.1984 / Zərdabi
Mövlud Ağamməd