GECƏLƏR XƏLVƏTDƏ AĞLAYAN QADIN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:44 02 may 2019 tarixində əlavə olunmuşdur

Saçları ağarıb çöhrəsi çöküb,
Qəddi əyilibdi,göz yaşı töküb,
Taleyin qəm ilə qatlayıb büküb,
Gecələr xəlvətdə ağlayan qadın.

Gözləri həsrətlə yollara baxar,
İntizar yandırıb qəlbini yaxar,
Hicran addım başı canını sıxar,
Gecələr xəlvətdə ağlayan qadın.

Gündüzü xoş keçməz,gecəsi zillət,
Tənhalıq yoldaşı,sükutu ülfət,
Şəkillərlə edər səmimi söhbət,
Gecələr xəlvətdə ağlayan qadın.

Pərişan dağılıb üzə telləri,
Andırır xəzanda solmuş gülləri,
Nəvazişə həsrət soyuq əlləri, 
Gecələr xəlvətdə ağlayan qadın.

Muradı gözündə yarımçıq qalan,
Keçmiş günlərini yadına salan,
Dolmuş gözləriylə canımı alan,
Gecələr xəlvətdə ağlayan qadın.

Aşkarda başqadır ,qəlbindən başqa,
İnanmaz dostluğa,inama,eşqə,
Seymur silə bilə göz yaşın keşkə,
Gecələr xəlvətdə ağlayan qadın.

YAZILMA TARİXİ :02.05.2019
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0267 saniye