Göy üzü zil qaranlıq, sayrışmayır ulduzlar,
Fikirlərim pərişan, könlüm nəsə sıxılar.
Bu axşamlar nədənsə mənə qənim çıxırlar,
Yuxum gəlir, di gəl ki yatammıram gecələr.
Əsir olub düşmüşəm yuxusuzluq əlinə,
Vurnuxuram yerimdə,bunun mənlə qəsdi nə?
Uzanıb çarpayımda,danışıb öz özümə
Nə edim bilməyirəm, qalammıram gecələr.
Bir başqa həvəsdəyəm,qarşımda kağız qələm,
Səndən yazıb sən ilə tamam başqa aləməm.
Sənə olan sevgimi yazıb sonra silirəm ,
Mat -məəttəl qalmışam, açammıram gecələr.
Hər sətirdə doğulub,hər misramda qalırsan,
Baxışınla özümü özlüyümdən alırsan.
Ay zalımın balas,ı niyə sən anlamırsan -
Sənə olan sevgimi danammıram gecələr
Həsrətin sözlərimin bittiyi tək anımdı,
Vüsalın tək ümidim, nəfəsimdi, canımdı,
Xatirən tək dövlətim, sevgin təkcə varımdı,
Adını çəkdiyim an dinənmirəm gecələr.
Seymurun qəlbi ümman, eşqi dəli dalğalar,
Baxışın varlığımı lərzə salıb çalxalar,
Ey bəxtimin günəşi, gəl ki bitsin qovğalar,
Sənsiz sabahlarıma inanmıram gecələr.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)
06.01.2018