Gecən xeyrə qalsın...
Bu sözündən sonra ruhum sən də qal deyir,amma mən deyə bilmirdim.İkimiz üçündə ən yaxşı qərarın bu olduğunu düşünürdüm,yanılmışam.
Səhər çox xoşbəxt oyandım yuxudan çünki,sənə də özümə də ən böyük yaxşılığı etdiyimi düşünürdüm,taki o gecəyə kimi... O gecə başımı yastığa qoyanda nələr itirdiyimi anladım.Bir daha sənin o gülüşünü görməyəcək,səsini eşitməyəcək,səni qucaqlaya bilməyəcəkdim.Bundan böyük nə əzab ola bilər ki bu həyatda?
Sənə səndən ayrılsam yaşayan bir ölü olaram demişdim,o gün öldüm mən...İndi sadəcə ölməyimin rəsmiləşməyini gözləyirəm.Hələlik məzarım olaraq sənlə sağollaşdığımız o ağacın altını seçmişəm,hər gün ora gedib orada oturub,o günləri xatırlayaraq məzarımı seyr edirəm.Artıq məzar dediyim o yer mənə ən doğma yer olub.Bilirsən,gülümsəyərək nə gözəl ağacdır dediyin o ağac da quruyub artıq,mənim kimi.İkimizdə sənin keçməyəcəiyini bilə-bilə birgün oradan keçib ikimizidə həyata qaytarmağını gözlüyürük.Və hər gün batımında bir-birimizə baxıb bugün gəlmədi deyib,vidalaşırıq.
Bir gün yenə getdim o ağacın altına,amma ağac orda deyildi daha,quruduğundan kəsmişdilər.O gün birdaha səni itirdim,birdə heç vaxt həyatımda olmayacağını anladım.
O gecən xeyrə qalsın mesajın o gün cavabyazmamışdım...İndi yazmaq istəyirəm.
Sənin də gecən xeyrə,sənin də...