Toğrul yataqda dirsəklənib yatmaqda olan qadına nəzər saldı. Barmaqlarını çılpaq kürəyində gəzdirib çiyninə xəfif öpücük bəxş etdi. Ayağa qalxıb geyinməyə başladı. Tumbanın üstündəki elektron saat 03:15-i göstərirdi. Açar və telefonunu əlinə alıb dəhlizə çıxdı. Ketləri ilə gödəkçəni geyinib qapını kilidlədi. Pilləkanlarla aşağıya doğru sürətlənib binadan çıxdı. Əlləri cins şalvarının cibində rahatca gəzintisinə çıxdı. Əskik olmayan təbəssümlə üzünü natamam aylı səmaya qaldırdı.
Birdən gənc adam ayaq saxlamağa məcbur oldu. Qulağına gələn səs. İncə qadın səsi. Yalvarırdı sanki. Həyəcanla ətrafa nəzər saldı. Bir az irəliyə doğru getdikcə 2 nəfər orta yaşlarında olan kişinin gənc qızın biləklərindən yapışıb zorla maşına doğru sürüklədiklərinin şahidi oldu. Qız bacardığı qədər inad göstərərək onlara qarşı öz gücünü ortaya qoyurdusa, deyəsən getdikcə qüvvəti tükənirdi. Toğrul cəld yetişib 2 kişinin üzünə yumruqlarını qonaq edərək yerə sərdi. Qız buna bəndmiş kimi sürətlənib qaçmağa başladı. Toğrul gah yerdəki 2 nəfərin ağızlarındakı qanı silmələrinə, gah da uzaqlaşan gənc qıza baxıb bir qərar qəbul etdi. Qıza yetişə bilmədi. Anidən qeybə çəkilmişdi...