Gecənin rəngi ölmüşdü Gülnarə İsrafilqızı
gulnare israfilqizi tərəfindən "Hekayə" bolməsinə 23:23 14 noyabr 2014 tarixində əlavə olunmuşdur

Dərsdən çıxmışdıq dərs-arası çay içməyə gedəndə Mübarizin aldığı şirniyyatdan qalmışdı. Artıb heyf olmasın deyə çantama qoymuşdum. Günay dedi ki, yaman bərk acmışam həmən bacın ölməyib ki deyib, çantamı açdım şiriyyatı çıxarıb üç qız arasında böldüm. Yol boyu hava o qədər xoş idi ki, yeridikcə xoşxal olurdum. Safuraya dedim:

-Bacı gəlsənə bir az gəzək sonra gedərik evə.

-Safura hə elə mən də evə getmək istəmirəm hava çox gözəldir. Meh belə əsmirdi. Safura dedi: Tarqovuya gedəkmi? dedim: yox bacı ora çox uzaqdır. İyirmi səkkiz mayda Cəfər Cabbarlı bağında əyləşək çox xoşuma gəlir o bağ. Nə isə getdik bağda gəzdik bir az o yan, bu yana. İskamyada oturub dini, dünyəvi bütün mövzulara toxunduq. Hətda binanın başında yanan göy işıq belə nəzərimizdən qaçmadı. Işıq yolkavari bir formada üç bucaq şəkildə binanın başının tən ortasına yerləşdirilmişdi. Indiyə qədər tikilən binaların heç birinin başında belə işarəyə rast gəlməmişdim. Görünür binanı tikən şirkət öz ölkəsinin gerbini yerləşdirmişdi. Nə isə sözüm bu deyil. Evə gəlmək üçün parkın başına tərəf irəlilədik.

- Safura: dilləndi getmək istəyirsən? birinci dəfə qızı görürmüş kimi gözümü qızın üzünə zillədim. Bir neçə saniyədən sonra ayılmış kimi, istəyirsən on, onbeş dəqiqə də, gəzək sonra gedərik. Söhbət edə-edə parkın başına dolanırdıq. Birdən bir orta boylu çiynində asma çanta əynində cins şalvar, qaradan bir az açıq qısa gödəkçəli bir oğlan. Yaxınlaşdı bizə:

- Bağışlayın bacı rayondan gəlmişəm. İndi qayıdıb getməyə imkanım yoxdur. Qalmışam burda mənə pul köməkliyi edə bilərsizmi? dilləndim: başqa adamlara yaxınlaşın.

- Bacı doğrusu mən nədənsə inanmadım dedim Safuraya! Safuranın ürəyi yumşaldı. Yox bilmək olmaz. Bəlkə düz deyir? Gəl qayıdaq soruşaq. Əlacsız qalıb razılaşdım. Həm də, insanın içində şübhə qalanda bəlkələrə cavab tapa bilmirsən. Bəlkələrin cavabını bilmək üçün mən də, Safuraya qoşulub geri qayıtdım. Oğlan xeyli aralanmışdı. Safura oğlanın dalınca qaçdı ki, onu saxlasın. Mən də addımlarımı yeyinlətdim.

- Ay qaqaş dayan!

- Oğlan ayaqlarını cütləşdirdi. Buyurun:

- Safura: siz hansı rayondan gəlmisiz? oğlan cavab verdi: Salyan rayonundan. Bəs necə olub burda qalmısız?

- Oğlan iş axtarırdım getdim işlə təmin etmə ofisinə məndən beş manat aldılar ərizə doldurdum. Rayondan gələndə isə cəmi səkkiz manatla gəlmişdim.

- Bəs qalmağa yerin varmı? Harda qalırsan gecəni?

- İki gündür parkda yatıram.

- Bəs qohum-əqrəbə heç kəs yaşamırmı şəhərdə?

-Yaşayır dayım Sumqayıtda yaşayır amma şəhərə gəldiyimi deməmişəm.

-Niyə?

- Çünki əsgərliyə getməmişdən qabaq bir müddət dayım gildə yaşadım söz-söhbət oldu indi isə heç oraya getmək istəmirəm. Gedəcəm dayımın yoldaşı yenə də, söz-söhbət edəcək. Mən dövriyəyə keçdim. Bağışla qaqa bizim özümüzün də imkanımız yoxdur sənə dəstək olmağa. Amma çox narahat oldum. Safura ilə bir-birimizin üzünə baxdıq. Baxışlarımızla indi nə edək necə edək ki, bu oğlan üçüncü gecə də küçədə yatmasın deyə pıçıldaşdıq. Əlimizdən bir şey gəlmirdi. Soruşdum: bəs evdə neçə uşaqsız dedi:

- Bircə mənəm. Anam, nənəm birdə mən! nə bacım nə də, qardaşım var. Atam da, dünyasını dəyişib.Özümüzün də evimiz yoxdur. Dayımgillə bir yerdə qalırıq. Gəlmişəm burda iş tapıb işləyim. Sonra yarımçıq evimiz var onu tikdirim.

- Safura: qaqaş gəl sənə bir manat verim get evinizə bura şəhər yeridir. Allah etməsin başına zada bir iş gələr. Düzü ürəyimdən keçdi ki,  Safura pul versə mən də qəpikləri özümə saxlayıb manatı verim. İki manat bizdən, azacıq da dilənsə beç manat yol pulu düzəldər. Mən xəbər aldım yaxşı bəs özünün nə qədər pulun var? cibindən gün ərzində dilənib yığdığı qəpikləri ovcuna tökdü. Bir manat altmış qəpik idi.

- Oğlan yox iş söz veriblər. Mərdəkanda bir qoca qadın var. Tanımadığım bir adam onun nömrəsini verdi. Danışdım dedi: gəl sənədini ver mənə işləyəndə pulu ödəyər, sənədi götürərsən. Bayaqdan rayona gedirdin bəs sən? neyləyim pul tapmadım də... Iki başlı danışıq məni düşündürdü soruşdum:

- Qaqa neçə yaşın var? on doqquz deyə cavab verdi: burda da əsgərliyə gedib gəlməyi ilə, yaşı arasında ziddiyyət var idi. Evə gələndə yol boyu ancaq onu düşündüm. Dediyinə görə Əfqanıstanda olmuşdu. Sülhməramlı qüvvələrdə. Nə bilim evin tək oğlu, necə olub bunu xarici ölkəyə əsgərliyə aparıblar? bildiyimiz kimi əsgərliyə on səkkiz yaşda aparırlar. Iyirmi yaşda da geri qaytarırlar. Bəs necə oldu. Bir ilmi hərbi xidmətdə oldu bu gənc oğlan? çox maraqlı idi. Amma cibindən bir telefon çıxardı ki, baxın! mən özüm idmançı olmuşam medallarım da var şəklini göstərdi. Əlində də diplom. Safura soruşdu:

- bəs niyə öz sənətini davam etdirmirsən?

- Orda da pul istəyirlər. Hər kim olursa olsun necə olursa olsun. Belə gənclərə baxanda adamın ürəyi acıyır. Nə hündür binanın başındakı işıq parıldayır nədə fəvvarə ilə bəzədilmiş park. Hər şey sönükləşir.

- Safura yaxşı qaqa indi ki, sən pul istəmirsən bizdən, gəl gedək nəsə bir şey alım ye oğlan utandı. Yox sizin özünüzün də, pulunuz yoxdur axı?!!! həm də ac deyiləm ürəyim istəmir. Amma qəlbinin dərinliyində kaş ki, mənim dediyimə baxmayıb alaydılar arzusu açıq-aşkar gözlərinin kədərində görünürdü. Gedək qoğal alaq! Yenə də etiraz etdi. Yox ürəyim istəmir. Üçüncü dəfə təklifdə artıq oğlan susdu. Dedim gedək bacı bu sadəcə öz aləmində bizə qıymır. İyirmi səkkiz may metrosunun iyirmi səkkiz moll tərəfdə “Türk un məmulatları” olan bir yer vardı. Əvvəldən tanıyırdım. Göstərdim Safuraya ki, bax bacı girək içəri görək burda nə var?

- Oğlan şirniyatları görüb dilləndi mən şirin şey yeyə bilmirəm. Bir az irəli getdik peraşkinin biri otuz qəpikdən üç ədəd peraşki, bir ədəd də əlli qəpiklik kartoflu pişinti götürdük. Safura bir manat mənsə tez çantamı açıb qırx qəpik çıxarıb aldığımız pişintilərin pulunu verdik. Ürəyim bir az rahat oldu ki, mənim də bu işdə bir qatqım oldu. Un məmulatlarından çıxanda tində bir arvad əl açmışdı yanında da, yeddi yaşları ancaq olardı bir oğlan olan uşaqı.

-Ay bala Allah köməyiniz olsun. Allah rızası üçün. Öz-özümə dodaq altı pıçıldadım amin ay xanım Allah bizim köməyimiz olsun. Oğlan qeyri ixtiyari gülümsədi. Mən də, elə bu arvadın gününə düşmüşəm deyib başını aşağı dikdi. Onsuz da, Bayaqdan xəcalət çəkirdim dilləndim: qaqa bağışla məni bayaq mən də səni bunlardan biri hesab etmişdim. Haqqını mənə halal et.Oğlan dinmədi. Bir müddətdən sonra başını qaldırıb eybi yoxdur dedi:

Tam olaraq bu gəncin kimliyini bilməsəm də kimin balasıdır. Hardan gəlib haraya getdiyini ürəyimə ağır bir yükün oturub sinəmi sıxdığının fərqinə varmışdım. Bir tərəfdən Əsgərlik yaşı, digər tərəfdən əvvəldən qadınla danışıb evində qalması üçün razılaşması, iki başlı sözlərini çözə bilməməyim şübhələrin içimdə daha da böyüməsi, və digər tərəfdən də canlı şüurlu bir insan olaraq, küçələrdə qalması hamısı qarma qarışıq bir yük idi ürəyimdə. Gecənin rəngi ölmüşdü. Hava da soyuqlaşmışdı bıçaq kimi kəsirdi adamı. Onu metro ilə Koroğlu stansiyasına yola saldıq...

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0244 saniye