gecənin şeiri elə gecənin rəngində olur,
ulduz rəngi,ay rəngi.
alanda səmanı qara bulud,
boğazında hıçqırıq,
gözündə yağış,
sözündə haray rəngi.
gecənin şeirində külək otağına səs salır,
pəncərənin önündəki pərdə ,
nazlı bir qız kimi nazlanır.
tutub onu soyundurmaq istəyirsən,
elə ki soyundurdun, ,
sən özün çılpaq görsənirsən.
gecənin şerinində masanın üstü üşüyür,
yarımçıq içilmiş konyak,
bir parça da şokolad.
amma yoxdur şokoladlı dodaq.
siqaret yayılır ciyərinə,
tutulursan gecənin vərəm xəstəliyinə,
öskürüb,hayqırırsan.
gecə xəstəlikdir,
onun şeiri təklikdir,
və bu,
həmişəlikdir...