Çox qəribə axarı var dünyanın,
Çox dəqiq nizamla eləyir gərdiş...
Dərəylə eynidi, sayı dağların,
Əzəldən nizamla qurulub, bu iş...
"Gecən xeyrə qalsın" - deyib, dalıram,
Gecənin ən dərin qaranlığına...
Min kərə dünyanı alt-üst edirəm,
Bir, yol arayışı var, aydınlığa...
Gecələr düzülür, sıraya bir-bir,
Hər gecə, həsrətin yolu uzayır...
Hər gecə, bir az da zaman qısalır,
Beynimdə min cürə fikir dazıyır...
Doğrudan da nə qəribə hesabdır?
- Hər ötən gün yolun üstə yol gəlir...
Yol artıran gecələrsə. azalır,
Ötən gecə, o gecəyə yaxındır....
30.07.2010 / Bakı