GECİKMİŞ ÜZR (şeir)
Gülzarə Hüseynova tərəfindən "Şeir" bolməsinə 20:21 17 fevral 2017 tarixində əlavə olunmuşdur

Müəllif: Gülzarə Hüseynova 

 

Bir gün tənha gəzərkən 

Ürəyin arar onu.

Ətrinə rast gələrsən, 

Gözlər axtarar onu. 

Ətrafına baxaraq, 

Axtarar, amma tapmaz. 

Boylanar küçələrdə,

Ordan da xəbər olmaz.

Həsrətilə kövrələr,

Dolar ala gözlərin.

Yada düşər könlünü

Qıran ağır sözləri. 

Ağrıyaraq ürəyin

Yaş ötürər gözünə. 

Bəyaz, titrək əllərin

Sığınar ağ üzünə. 

İncitdiyi günlər də 

Gələr gözün önünə.

Yaşatmaz xatirələr,

Hücum edər ömrünə. 

Yumulanda gözlərin,

Biri gələr yanına:

"Bağışla" deyər sənə,

Yapışar qollarına.

Və sən həmin andaca

Verib son nəfəsini,

Arxayın get yuxuya:

Sevmədin özgəsini... 

(4 yanvar 2017) 

http://gulzareh.blogspot.com/2017/01/gecikmis-uzr-seir.html 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0307 saniye