GEDƏCƏK...
Düzlük bizə qalıb ata-babadan.
Yalan eyib olub eldən,obadan.
Yanmasa heç tüstü çıxmaz sobadan,
Qurularla həm də yaşı gedəcək.
***
Bəs deyincə dinləmişik nadanı,
Qeyrətini var-dövlətə satanı.
Halal mala haram tikə qatanı...
Qoyulacaq bir başdaşı,gedəcək.
***
Yadda saxla qədir bilən dostları,
Səninlə bir deyib-gülən dostları.
Unut sənə kələk gələn dostları,
Mövlud,tökmə gözün yaşın, gedəcək.
18.09.2014.Zərdabi.Mövlud Ağamməd.