Gedəcəyəm həyatdan
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:37 26 may 2023 tarixində əlavə olunmuşdur

Sən üzülmə od götürüb yaxsa məni dərindən,

Vüsalımın bulağında gedəcəyəm həyatdan

Son bir dəfə arda qalan sovrulan küllərimdən

Doğulacam, Qaf dağında gedəcəyəm həyatdan

                                                                                                    

Gözü açıq yatanlara əziyyətin xeyri yox,

Gözüaçıq yatanlara nəsihətin xeyri yox,

Anladım ki, bu dünyada məziyyətin xeyri yox

Yatıb filin qulağında gedəcəyəm həyatdan

 

Həyatıma boran düşüb yağırdı qar içimdə

Susdum, içə döndüm baxım görüm nə var içimdə

Səndən sonra əbədiyyət yanğısı var içimdə

Əbədiyyət sorağında gedəcəyəm həyatdan

 

Sən olmasan, fərq eləməz ölüm, yaxud dirim də

Elə ömür yaşayıram, üç şəxsiyyət birində

Özün yoxsan, ancaq adın məskən salıb dilimdə,

Sənin adın dodağımda gedəcəyəm həyatdan

 

Al külüngü, gözləmə, vur, ta varınca dərinə

Yazmayanda ürək, sanki, qəbir şeirlərimə

Səndən sonra qələm elə yaraşır ki əlimə,

Bir kitabın varağında gedəcəyəm həyatdan


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0403 saniye