Gedəcəyəm
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:37 26 may 2023 tarixində əlavə olunmuşdur
Sən üzülmə od götürüb yaxsa məni dərindən, Vüsalımın bulağında gedəcəyəm həyatdan Son bir dəfə arda qalan sovrulan küllərimdən Doğulacam, Qaf dağında gedəcəyəm həyatdan                                                                                                      Gözü açıq yatanlara əziyyətin xeyri yox, Gözüaçıq yatanlara nəsihətin xeyri yox, Anladım ki, bu dünyada məziyyətin xeyri yox Yatıb filin qulağında gedəcəyəm həyatdan   Həyatıma boran düşüb yağırdı qar içimdə Susdum, içə döndüm baxım görüm nə var içimdə Səndən sonra əbədiyyət yanğısı var içimdə Əbədiyyət sorağında gedəcəyəm həyatdan   Sən olmasan, fərq eləməz ölüm, yaxud dirim də Elə ömür yaşayıram, üç şəxsiyyət birində Özün yoxsan, ancaq adın məskən salıb dilimdə, Sənin adın dodağımda gedəcəyəm həyatdan   Al külüngü, gözləmə, vur, ta varınca dərinə Yazmayanda ürək, sanki, qəbir şeirlərimə Səndən sonra qələm elə yaraşır ki əlimə, Bir kitabın varağında gedəcəyəm həyatdan

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0295 saniye