Gedəndə geriyə baxdın, baxmadın?
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 04:32 27 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Gedəndə geriyə baxdın, baxmadın?

Bilmirəm, gözüm izləmədi gedəndə səni.

O gündən düşməyib dilimdən adın

Elə əzbərlədim sevəndə səni...

 

Gedirsən? "Yaxşı yol" deyirəm sənə

Başqa nə söyləyim çıxıb gedənə

Üstündən neçə il keçsə də yenə

Qəlbim ağrıyacaq görəndə səni

 

Mən getsəm vəfasız demə sən mənə

Getsəm də dönərəm bir gün vətənə

Səni tapmaq üçün girdim gülşənə

Neyləyim tapmadım gülşəndə səni

 

Kim məni axtarsa, səndən soruşsa

Mənim itdiyimi deyib danışsa

Bir gün ulduzumuz göydə barışsa

Onda tapacadasan sən məndə səni


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+18=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.028 saniye