Qara-qara tellərində dən olar,
Bulud alar başın üstün, çən olar.
Vədə keçər, ömrün-günün tən olar,
Qocalığa addım atıb gedəndə.
Zaman-zaman alışarsan mühitə,
Fələk yeli canın sarıb üşüdə.
Şirin olar əllisi də , yüzü də ,
Ömür atın möhkəm çapıb gedəndə.
Dağ olarsan uşaqların yanında,
Çağ olarsan mərdlik varsa qanında.
Sağ olarsan köçsən əgər sonunda ,
Bu dünyaya dastan yazıb gedəndə.
Qalaq - qalaq yığılacaq sözlərim,
Geci- tezi yumulacaq gözlərim.
Bu dünyada sözdən qalar izlərim,
Qardaşlarım çiyinə alıb gedəndə.
Seymuru unutmaz söz anlayanlar,
Anlamaz məqamı hörmət sayanlar,
Ey fani dünyadan gözü doyanlar!
Söz qalar qiymətin çıxıb gedəndə.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
12.12.2017